Maraqlı

Robotla telefonun hibridi satılır - VİDEO

26 May 2016 21:35
0 Şərh     Baxış: 737
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avtomatlaşdırılmış qurğulara öz sevgisi ilə seçilən yaponlar tərəfindən hazırlanmış smartfon yalnız zəng etmir və internetə qoşulmur, həm də hərəkət, rəqs edir və danışır. Kiçik insanabənzər robot formasında hazırlanmış yeni smartfon artıq yuxarıda yazılanları reallığa çevirib.

Milli.Az ICTnews-a istinadən bildirir ki, insanabənzər robot smartfon müasir telefonlara xas olan əyləncəli funksiyalardan başqa, həmçinin ifa və rəqs etmək qabiliyyətinə malikdir ki, bu da mobil telefon sahibini darıxmağa qoymayacaq. Bundan başqa, robot smartfon daxili miniatür lazer proyektorun köməyi ilə şəkilləri nümayiş etdirmək qabiliyyətinə malikdir.

Unikal qurğunun dəyəri 1800 ABŞ dolları təşkil edir. Yaponiyanın "Sharp" şirkəti aylıq 5 min belə smartfon satmağı planlaşdırır.
Milli.Az
 

Videonu izləmək üçün şəklə klikləyin:

Robotla telefonun hibridi satılır

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.