Maraqlı

Şok kadrlar: ayaqyolunda həyatının dəhşətini yaşadı - VİDEO - FOTO +21

26 May 2016 11:27
15 Şərh     Baxış: 6 864
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Atthaporn Boonmakchuayın dediyinə örə, həyatının ən qorxulu anlarını yaşayıb.

"Bu, əsl dəhşətdi. Sanki qorxulu röya görürdüm. Amma hər şey gerçəkdi", - Atthaporn deyib.

Atthaporn ayaqyolunda olarkən unitazdan qıvrılaraq çıxan piton onu dişləyib. Qorxusundan dəli kimi qışqıran 38 yaşlı Atthaporn ilandan qurtulmaq istəsə də, mümkün olmayıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, olay Tailandın paytaxtı Banqkokda, şəhərin şərqindəki Çaçenqsau səmtində baş verib.

Atthapornun dediyinə görə, ayaqyolunda unitazda oturanda qəflətən aşağıdan fışıltı səsi gəlib: "Baldırımdan nəyinsə yapışıb dişlədiyini anladım. Ayağa duranda gördüm ki, unitazın içində piton var. O, başını çıxarıb baldırımdan yapışmışdı və çölə çıxmağa çalışırdı".
Atthapornun arvadı polis və təcili yardım çağırıblar. Lakin ona qədər Atthaporn ilandan qurtula bilib və pitonun başını kəndirlə qapıya bağlayıb.
Hadisə yerinə gəlmiş polislər unitazı və kanalizasiya borularını sındıraraq 3,6 metr uzunluğundakı pitonu çıxarıblar.
 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Şok kadrlar: ayaqyolunda həyatının dəhşətini yaşadı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.