Maraqlı

Qadınarın 50% bu xəstəliyi keçirib

26 May 2016 23:20
6 Şərh     Baxış: 2 820
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

SYAİ nədir?

Milli.Az tibb.az-a istinadən bildirir ki, açması sidik yollarının ağırlaşmamış infeksiyası olan SYAİ-yə demək olar ki, bütün yaş qruplarında rast gəlimir. İlk baxışda qorxulu olmayan bu xəstəlik vaxtında müalicə olunmazsa ağır fəsadlara səbəb olur. SYAİ kəskin, residivləşən və simptomsuz olaraq 3 qrupa ayrılır:

Kəskin SYAİ - Yuxarı və ya aşağı sidik yollarının kəskin infeksiyası olub, böyrək və sidik kisəsindən sidik axının pozulması, sidik sisteminin struktur dəyişiklikləri, ağır fon xəstəlikləri olmadan inkişaf edir.

Residivləşən SYAİ - 6 ay ərzində 2  və ya 1 il ərzində 3  epizodla təkrarlanır.

Simptomsuz bakteriuruya - Klinik əlamətlər olmur. Sidiyin 1 həftə ara olmaqla 2 bakterioloji analizlərində eyni törədicinin ştamı aşkar edilir.

Kliniki təsnifatı:

1. Qadınlarda menopauzaya qədər olan sistit və uretrit
2. Hamilə olmayanlarda kəskin ağırlaşmamış pielonefrit
3. Qadınlarda postmenopauzada SYAİ
4. Cavan kişilərdə SYAİ

Epidemiologiya - Qadınlarda kişilərə nisbətən çox rast gəlinir. Dünyada hər 2 qadından biri həyatlarında ən azı 1 dəfə SYAİ ilə xəstələnir

Etiologiya -SYAİ əsas törədicisi Escherichia coli-dir. (75-90%). Daha az törədir: Stapylococcus saprophyticus,Proteus mirabilis,Enterecoccus spp.Klebsiella spp və s.

Klinika: 

  • Aşağı sidik yollarının ağırlaşmamış infeksiyası (kəskin dizuriya sindromu)
  • Kiçik porsiyalarla sidiyəgetmə
  • Terminal  makrohematuriya - sidiyin sonunda qan gəlməsi (həmişə yox)
  • Gündüz və/və ya gecələr tez-tez sidiyəgetmə
  • Siyimə zamanı yandırma, göynəmə, ağrı hissiyatı
  • Sidik kisəsinin tam boşalmaması hissiyatı
  • Qasıqüstü nahiyədə ağrı
  • İmperativ (məcburi) sidiyəçağırma
  • Kəskin ağırlaşmamış pielonefritlər:
  • Bel nahiyəsində ağrı
  • Ürəkbulanma,qusma
  • Bədən T-un 38ºC dən yuxarı olması
  • Hamilələrdə - Əsasən kəskin sistit rast gəlinir. Lakin simtomsuz bakteruriyası olan 20-40% qadınlarda hamiləlik zamanı pielonefrit inkişaf edir ki, bu da vaxtında və düzgün müalicə olunmazsa vaxtından qabaq doğuşla, aşağı bədən çəkili(<2500q) və vaxtından əvvəl doğulmuş(<37həftə)uşaqların olması, neonatal ölümlə ağırlaşa bilər.
  • Uşaqlarda - Kliniki mənzərə atipik ola bilər.
  • Uşağın yaşından asılı olaraq müxtəlif əlamətlər rast gəlinir:
  • Yenidoğulmuşlarda- inkişaf ləngiməsi, hipotrofiya, oyanıcılıq, simptomsuz bakteriuriya(1%), septik şok
  • 6 yaşa qədər olan uşaqlarda qastroduodenal simptomlar üstün olur-ürəkbulanma, diareya, hipotrofiya, epiqastral nahiyədə ağrı. 5-10% hallarda naməlum qızdırmanın səbəbi gizli SYAİ ola bilər.
  • 2-6 yaşlı uşaqlarda-qızdırma, tez-tez sidiyə getmə, qasıqüstü və epiqastral ağrılar, sidik saxlamazlığı

Diaqnoz:

Kəskin uretrit və sistitin diaqnozu klinik əlamətlərə, sidiyin ümumi analizinə əsasən qoyulur. Sidiyin bakterioloji müayinəsi yalnız aparılan müalicə effektsiz olanda aparılır.

Residivləşən SYAİ-da xəstəni daha geniş müayinə etmək lazımdır:

  • Qan plazmasında qlükozanın təyini
  • Uretradan, uşaqlıq yolundan gələn ifrazatın müayinəsi
  • Uşaqlıq boynunun, uşaqlıq yolunun müayinəsi
  • Sidik-cinsiyyət orqanlarının USM-i
  • Ekskretor uroqrafiya
  • Sistoskopiya(lazim gəlsə biopsiya ilə)
  • Pielonefritin diaqnostikası:
  • Fizikal müayinə
  • Qanın ümumi analizi
  • Qanın kliniki analizi
  • Yuxarı sidik yollarının obstruksiyasını istisna etmək üçün
  • Sidik sisteminin USM-i
  • Sidik sisteminin rentgen müayinəsi

Əlavə müayinə metodları:

Müalicə başlanandan 72 saat sonra xəstənin vəziyyəti yüngülləşmədikdə aparılır. Buraya ekskretor uroqrafiya, periton və peritonarxası orqanların Kompüter tomoqrafiyası və s.müayinələr daxildir. Bu metodlar bizə ağirlaşdırıcı faktorları, məsələn böyrək absesi, irinli paranefrit və s. istisna etməyə imkan verir.

Uşaqlarda müayinənin xüsusiyyətləri:

Qızlarda 2, oğlanlarda 1 SYAİ olduqda kliniki müayinə aparmaq zəruridir.Obstruktiv uropatiyanı, veziko-ureteral reflüksu, detruzor-sfinkter dissinergiyanı, neyrogen spinal pozğunluqları, fimoz, qəbizlik və s.mütləq istisna olunmalıdır.

Müalicə: SYAİ bir qayda olaraq ambulator qaydada müalicə olunur. Hospitalizasiya yalnız ağır hallarda aparılır. SYAİ nadir hallarda yuxarı sidik yollarının infeksiyası ilə ağırlaşır. Ancaq bu xəstəni narahat edir. SYAİ antibiotik seçimi uropatogenlərin antibiotikə hassaslığına uyğun seçilir.

Kəskin sistit - Seçimdən asılı olaraq Florxinolon, Nitrofuran qrupundan olan preparatlarla müalicə olunur.Bu preparatlara qarşı orqanizmdə əks reaksiya olduqda və ya müalicə effektsiz olduqda alternativ kimi β-laktam antibiotiklər-2, 3-cü nəsil sefalosporinlər və ya inhibitor qorunan aminopenisilinlər təyin olunur.

Kəskin ağırlaşmamış pielonefrit -Yuxarıda qeyd olunan qrup preparatlarla müalicə olunur. Müalicə effektsiz olduqda və ya xəstənin vəziyyəti daha da pisləşdikdə xəstə qospitalizasiya olunur,müayinə aparılır, sidik yollarının drenləşdirilməsi və ya operativ müdaxilə aparıla bilər.Parenteral müalicə üçün florxinolonlar, β-laktam antibiotiklər-2, 3-cü nəsil sefalosporinlər və ya inhibitor qorunan aminopenisilinlər,aminoqlikozidlər təyin oluna bilər.Müalicə müddəti 14-21 gündür.Xəstənin vəziyyəti yüngülləşdikdən 72 saat sonra peroral terapiyaya keçmək olar(pilləli müalicə)

Residivləşən SYAİ - Profilaktik məqsədlə residivləşən SYAİ-da uzunmüddətli kiçik dozalarla antibiotik müalicəsi aparılır.Amma müəyyən olunub ki,uzunmüddətli antibiotik müalicəsi rezistent ştamların yaranmasına,orqanizmdə allergik reaksiyaların əmələ gəlməsinə səbəb olur.60% qadınlarda belə uzunmüddətli müalicəni kəsdikdə 3-4 ay müddətində residiv baş verir.Alternativ kimi qadınlarda postkoital antibiotikoprofilaktika(cinsi əlaqədən sonra yaranan SYAİ )aparıla bilər.

Müalicədən 2 həftə sonra simptomlar təkrarlanarsa sidiyin bakterioloji müayinəsi aparılmalı,törədicinin antibiotikə hassaslığı müəyyən olunmalı və müalicə buna uyğun ilkin antibiotikdən fərqli antibiotiklə davam etdirilməlidit.

Tez tez təkrarlanan sistit,pielonefritlərdə tam uroloji müayinə aparılmalıdır.Eyni törədici ilə reinfeksiyada uzunmüddətli(6 həftəyə kimi) antibiotiklə müalicə tövsiyə olunur.

Hamilələrdə kəskin pileonefrit - Daha şox III trimestrdə olur.Antibakterial müalicə bir qayda olaraq effeklidir və 2-3 gün müalicə ərzində bakteremiya,hipertermiya,intoksikasiya simptomları,ağrılar,dizuriya azalır.Müalicə 2, 3-cü nəsil sefalosporinlər,inhibitor qorunan aminopenisilinlər,aminoqlikozidlərlə aparıla bilər.

Hamiləliyin I trimestrində xəstələrə xinolon,florxinolonlar,trimetoprim,III trimestrdə isə sulfanilamidlər təyin etmək olmaz.

Uşaqlarda SYAİ -Böyüklərin SYAİ-dan fərqlənir.Uşaqlarda kiçik kurslarla antibiotik müalicəsi aparmaq məsləhət görülmür:Müalicənin müddəti azı 7-10 gün olmalıdır.Uşaqlarda SYAİ müalicəsində 4 məqsəd əsas götürülür:

  • Kəskin dövrdə klinik əlamətlərin və bakteriuriyanın aradan götürülməsi
  • Böyrəklərdə çapıq-sklerotik dəyişikliklərin əmələ gəlməsinin qarşısının alınması
  • Residivləşən SYAİ-ın profilaktikası
  • SYAİ ilə bağlı pozğunluqların korreksiyası

Uşaqlarda SYAİ-ın ağır formalarının müalicəsində adekvat parenteral rehidratasiya və anibiotik müalicəsi aparılmalıdır. Müalicə əsasən 2,3-cü nəsil sefalosporinlərlə aparılır. Qram"+" ifeksiyaya şübhə olduqda amoksisillin/klavulanat təyin olunur.İlk 24-36 saat ərzində parenteral antibiotikoterapiya aparılır. Sonra vəziyyət yaxşılaşarsa peroral müalicəyə keçilir. Əgər uşaq peroral qəbulu pis edirsə müalicə parenteral yolla davam etdirilir. Bir sıra xarici ədəbiyyatlarda müalicədən sonra profilaktika məqsədilə antibiotikoterapiyanın 6 aya qədər aparılması məsləhət görülür. Amma bu bütün mütəxəssislər tərəfindən qəbul olunmur.

Yenidoğulmuşlara Sulfanilamidlər, tetrasiklinlər, rifampisin, amfoterisin B, ftorxinolonlar, seftriakson təyin etmək olmaz.

Proqnoz: Vaxtında və adekvat müalicə aparılarsa SYAİ proqnozu qənaətbəxşdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.