Maraqlı

Milyarder kilsəni evə döndərdi, kişi ilə evləndi - FOTO

24 May 2016 11:12
5 Şərh     Baxış: 1 821
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

57 yaşlı Mişel Medi 1980-ci illərin əvvəllərində Nyu-Yorka üz tutanda o, adi iş adamlarından biri, daşınmaz əmlak biznesində fəaliyyət göstərən şəxs idi.
İndisə Medi daşınmaz əmlak maqnatlarından biri, milyarderdir.
O, homoseksualdır və 27 yaşlı isveçli Rasmus Foye ilə evlənib.
Milli.Az Narrativ-ə  istinadən bildirir ki, Medi və Foye Nyu-Yorkun Harlem səmtində yerləşən kilsələrdən birini 2015-ci ilin dekabrın 7-də satın alaraq onu tam dəyişərək yaşayış binasına, evlərinə döndəriblər. "Taj Marharlem" adlanan bu binada hər həftəsonu homoseksuallar, lesbiyanlar və svinqerlərin toplaşdığı ziyafətlər təşkil olunur.

Qonaqların çoxu da əslən Əlcəzairdən olan yəhudi Mişel Medinin ya sabiq, ya indiki sevgililəridir. 
Mişel Medi yeni, "poliamurus" adlı "din" yaratdığını deyir.

"Mənim yaratdığım dində hər kəs istədiyi sayda istədiyi insanı sevə bilər. Nikahın rəsmiləşdirilməsinə ehtiyac yoxdur. Kişi kişi ilə, qadın qadınla evlənə bilər. Və ya bir kişi bir neçə qadınla, bir qadın bir neçə kişi ilə yaşaya bilər. Tam azadlıqdır, çünki insan azad olmalıdır", - 57 yaşlı milyarder Mişel Medi deyib.
Mişellə Rasmusun toyunda milyarderin əvvəlki nikahdan olan 35 yaşlı oğlu da iştirak edib. Parisdə yaşayan Antuan Medi atasının seçiminə "normal yanaşdığını" söyləyib: "Atam öz həyatını yaşayır və onun yaşamına müdaxilə edə bilmərəm".
Rasmus isə "ər"ini çox sevir.
"Onda çox güclü xarizma, pozitivlik, bu dünyaya məxsus olmayan ruh və energetika var. Onu ilk dəfə görəndə nə deyəcəyimi bilmədim. Mişel mənə yaxınlaşdı, baxdı və dedi: "İndiyədək harada idin?!" Bir neçə saat rəqs etdik, sonra görüşməyə başladıq. Axırda da evlənməyə qərar verdik", - Rasmus Foye bildirib.
 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.