Maraqlı

"Toyota" 1,5 milyondan çox maşını geri çağırır

24 May 2016 07:52
0 Şərh     Baxış: 2 412
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yaponiyanın "Toyota Motor" avtomobil konserni "Takata" şirkətinin potensial təhlükə mənbəyi olan qüsurlu təhlükəsizlik yastıqlarının dəyişdirilməsi üçün ABŞ-da 1,58 milyon maşını geri çağırır.

"Report" xəbər verir ki, bu barədə çərşənbə axşamı "Kiodo" agentliyi yazıb.

Onun məlumatına görə, "Toyota Motor" 2006-2011-ci illər ərzində qüsur səbəbindən ABŞ-da "Toyota Yaris" və "Lexus IS" modelləri də daxil olmaqla ümumilikdə 4,7 mln. avtomobilini geri çağırıb.

İddia olunur ki, bəzi hallarda "Toyota" maşınlarında istifadə olunan "Takata" təhlükəsizlik yastıqlarının açılması sistemi sərnişinlərə metal detallar atıb. "Kiodo"nun məlumatına görə, dünya üzrə ondan çox insanın ölümü yastıqların qüsuru ilə əlaqələndirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.