Maraqlı

İDDİA: "Türk pop ulduzu Sıla oğru çıxdı"

4 May 2016 20:15
9 Şərh     Baxış: 2 405
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sılanın bu il oxuduğu "Afitap" mahnısının 2004-cü ildə kosovalı müğənni Nora İsrefinin oxuduğu məlum olub.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mahnının müəllifi Florek Boşnaku məsələ ilə bağlı Kosovanın "Express" qəzetinə açıqlama verib. O bildirib ki, Sıla və işlədiyi şirkət ondan icazə alıb, ancaq hələ ödəniş etməyiblər.

Boşnaku müəllif hüquqları ilə bağlı məhkəməyə müraciət etdiyini söyləyib.

Kosova mətbuatı başlıqda Sılanı oğru adlandıraraq onu təhqir edib: "Türk pop ulduzu oğru çıxdı".

Qeyd edək ki, müğənni Sıla bu barədə sosial şəbəkədə açıqlama verərək, yayılan xəbərlərin doğru olmadığını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.