Maraqlı

Çeçenistan hələ belə toy görməmişdi - VİDEO

2 May 2016 15:18
20 Şərh     Baxış: 22 651
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çeçenistanda respublikanın ilk prezidenti Əhməd Xoca Kadırovun nəvəsi Həmzət Kadırovun toyu olub. Toy aprelin 30-da və mayın 1-də Kadırovlar ailəsinin doğma məkanı olan Senteroy kəndində keçirilib.


Milli.Az bildirir ki, Hamzat Kadırov Çeçenistan prezidenti Ramzan Kadırovun böyük qardaşı Zelimxan Kadırovun oğludur.
Toyda onlarla Bentley, Rolls-Royce, Mercedes Gelandewagen və s. markalı çox bahalı, superlüks avtomobillər vardı.
Çeçenistan prezidenti Ramzan Kadırov İnstagram-dakı profilində yazıb: "Böyük qardaşımın oğlu hafiz Həmzətin toyu oldu. Gəlinimiz İman Maqomadovadır. Sevincimizi qardaşlarım, Şimali Qafqaz regionlarının rəhbərləri, federal idarələrin rəhbərləri, Rusiyadan və başqa ölkələrdən qonaqlar bölüşdülər. Rusiyanın Şimali Qafqaz üzrə naziri Lev Kuznetsov da toyda idi. Toy çeçen xalq ənənələrinə əsasən keçirildi. Hər istəyən toyda iştirak edərək sevimli qonaq ola bilərdi".

Toyda cıdır da təşkil olunub. Cıdırda Çeçenistan və Şimali Qafqaz respublikalarından 200-dən artıq çapar iştirak edib. Milli idman növləri üzrə yarışlar da keçirilib, qaliblərə avtomobillər və bahalı mükafatlar verilib.
Toyda 2 mindən artıq qonağın iştirak etdiyi deyilir.
 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Çeçenistan hələ belə toy görməmişdi

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.