Maraqlı

Şahzadənin xanımı "Vogue"a çəkildi - FOTO

2 May 2016 12:03
0 Şərh     Baxış: 1 053
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniya şahzadəsi Uilyamın xanımı, Kembric hersoginyası Keyt Middlton ölkəsində "stil ikona"larından biri sayılır.
O, ilk dəfə olaraq reklam fotosessiyasına da çəkilib.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, "Vogue UK" jurnalının 100 illik yubileyi münasibətilə hazırlanmış fotosessiyada hersoginya kamera qarşısına keçib.
Fotosessiyanın müəllifi tanınmış fəşn-fotoqraf Coş Olinsdir. 

"Vogue UK" jurnalının yubiley, "Vogue 100: A Century of Style" adlı sayı iyun ayında satışda olacaq.
Fotosessiyadan olan bəzi şəkillər Londondakı Milli Portret Qalereyasında nümayiş olunacaq. 4 ildən bəri bu muzeyə mesenat qismində yardım edən Keyt Middlton mayın 4-də qalereyaya baş çəkəcək.
Mərhum şahzadə Diana da "Vogue UK" üçün fotosessiyalara çəkilmişdi. Jurnal Diananın fotolarını 1981, 1991 və 1994-cü illərdə dərc etmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.