Maraqlı

Brüssel hava limanı terror aktlarından sonra yenidən işləməyə başlayıb

1 May 2016 20:18
0 Şərh     Baxış: 699
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Brüsselin "Zaventem" hava limanının uçuş zalı martda törədilən terror aktlarından sonra yenidən öz işini bərpa edib.

Milli.Az report.az-a istinadən bildirir ki, sərnişinlər qeydiyyata alınmazdan əvvəl aeroportda açılış mərasimi keçirilib.

Aeroportun direktoru Arno Feystin məlumatına görə, açılış mərasimi məlum mart hadisələrindən 40 gün sonra baş tutub. O, hava limanının iyun ayının ortalarında tam gücü ilə işləyəcəyinə ümid etdiyini bildirib.
Martın 22-də Brüsselin "Zaventem" aeroportunda və "Malbek" metro stansiyasında baş verən güclü partlayışlar nəticəsində 32 nəfər həyatını itirib.
Terror aktlarına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.