Maraqlı

Röyanın rəfiqəsi 7 milyona villa aldı

1 May 2016 13:13
3 Şərh     Baxış: 6 320
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli müğənni Gülşən 5 ildir birlikdə olduğu sevgilisi Ozan Çolakoğlu ilə iyulda Barselonada nikah masasına oturacaq. 

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, evlənən kimi övlad sahibi olmaq istəyən cütlük hazırda yaşadıqları evi balaca hesab edib, yenisini alıblar. 

Hazırda Fransada istirahətdə olan Gülşən və Ozan oradan Dubaya gedəcək. İstanbula qayıdanda isə cütlük yeni evinə köçəcək. Sevgililərin aldıqları yeni villanın qiyməti 7 milyon lirədir (3 750 000 manatdır).

Xatırladaq ki, Gülşənin toy xəbərini paylaşanlardan biri də müğənni Röya olmuşdu. O: "Toyumuz var. Qızı istədik və aldıq. Buna çox sevindim. Canım dostlarım, hər zaman xoşbəxt olun", - qeydi ilə işbirliyi qurduğu dostlarını təbrik etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.