Maraqlı

Səhər yeməyindən imtina edənlər mütləq oxusun

30 Aprel 2016 23:55
2 Şərh     Baxış: 7 775
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bütün dünya diyetoloqları təsdiq edir ki, səhər yeməyi mütləq lazımdır.
Çoxsaylı araşdırmalar göstərib ki, səhər yeməyindən imtina edən insanlarda ürək-damar sistemi xəstəliklərinin, şəkərli diabetin, piylənmənin inkişafı riski xeyli artmış olur.
Ekspermentlər göstərib ki, səhər yeməyindən imtina edən insan gün ərzində daha çox qida qəbul edir və bu da artıq çəki və piylənmə kimi pozulmaların inkişafına təkan verir.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, səhər yeməyi yeməyən insanların əksəriyyətində insulinin ifrazı pozulur. Bu isə şəkərli diabetin riskini artırır.
Həmçinin səhər yeməyindən daim imtina edən insanların qanında xolestirinin səviyyəsi də artmış olur ki, bu da ateroskleroz xəstəliyinin riskini artırır.
Beləliklə, səhər yeməyi çox vacib qida qəbuludur. Mütəxəssislərin fikirinə görə, səhər yeməyi tamdəyərli olmalıdır. Səhər yeməyi üçün yumurta, sıyıqlar (xüsusilə yulaf yarması sıyığı), süd məhsulları ən yaxşı seçim sayılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.