Maraqlı

400 at güclü Audi TT RS - FOTO

30 Aprel 2016 21:55
1 Şərh     Baxış: 1 028
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Audi" şirkəti Pekindəki avtosalonda kupe və rodster TT - RS-in ən güclü versiyalarını rəsmi surətdə təqdim edib. Modeli alüminiumdan olan, 400 a.g. və 480 Nm fırlanma anı verən 2.5-litrlik yeni 5-silindrli turbo mühərriklə təchiz ediblər.

Milli.Az auto.az-a istinadən bildirir ki, "Audi TT RS"-in mühərriki iki muftalı, 7-pilləli robotlaşdırılmış "S tronic" sürət qutusu ilə birgə işləyir. Çoxdiskli mufta bazasında olan tam ötürücü sistemli kupe yerindən 100 km/saata 3,7 saniyəyə sürətlənir, rodster isə 3,9 saniyəyə. İkiqapılının maksimal sürəti elektron göstəricidə 250 km/saatda məhdudlaşdırılıb. Əlavə xərc ödəməklə bu göstəricini 280 km/saat etmək olar.

"Audi TT RS" təchizat siyahısına 19-düymlük təkər diskləri, poladdan əyləc diskləri, qabaqda və arxada diodlu optika, idarəetmə elektronikası "Audi drive select"-in iş rejimini seçmə sistemi, fəal qaz buraxma sistemi, xüsusi "RS" rejimli tam rəqəmsal "virtual cockpit" cihazlar paneli daxildir. Bu paneldə taxometr, fırlanma anı və ötmələrdə təkərlərdə istifadə olunan hava kütləsi göstərilir.

"TT RS" üçün opsiya qismində karbon-keramikdən qabaq əyləclər, uyğunlaşdırılan amortizatorları olan "RS" idman asılqanı, qabaqda matrisalı diodlu işıqlar, 3D -effektli arxa fənərlər daxildir. Bu ikiqapılı "Audi"-nin model sırasında ilk OLED optikası alan avtomobildir.
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.