Maraqlı

Yataq otağınızı bu rəngə boyasanız... - MƏSLƏHƏT

19 Aprel 2016 23:10
79 Şərh     Baxış: 21 810
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sözsüz ki, evin dekorasiyası qədər rəngləri də önəmlidir. Hər bir otağın özünə məxsus dekorasiyası olduğu kimi, rəngləri də fərqli olmalıdır. Milli.Az lent.az-a istinadən ev dekorasiyasında rəng istifadəsi haqqında bir neçə maraqlı faktı təqdim edir. Biləcəksiniz ki, hansı otağın hansı rəngə boyanması daha məqsədəuyğundur.

1. Yataq otağı

Yataq otaqları son dərəcə diqqətlə dekorasiya edilməsi lazım olan məkanlardandır. İstifadə edəcəyiniz rənglər yuxu keyfiyyətimizi pozmayacaq xüsusiyyətdə olmalıdır. Dincəldiyimiz xüsusi məkan olduğu üçün burda istifadə ediləsi rənglər sakit və dinc olmalıdır. Əsasən pastel rənglərdən istifadə edilməlidir. Açıq, qızılı berj, pastel uçuq mavi, çəhrayı kimi rənglər uyğundur. Rənglərdən çox istifadə etmədən sakit bir mühit yaratmaq lazımdır. Əgər rəngarənglik istəyiriksə, bunu aksesuarlarla da etmək olar. Xüsusən qırmızı, bənövşəyi, qara kimi təsirli rəngləri yataq otaqlarında istifadə etmək səhv seçimdir. İsti rənglər romantik və təsirli bir mühit yaradır, lakin soyuq və neytral rənglər daha zərif və sakitləşdirici olacaq.

2. Hamam otağı

Hamam otaqları kiçik sahəli məkanlardır. Buna görə də mümkün qədər açıq rənglər istifadə olunmalıdır ki, sahəsi daha geniş və rahat təəssüratı yaratsın. Hamam otağı dekorasiyasında vacib məqam sadəlik və təmizlikdir. Rəng olaraq berj, açıq su samuru, tünd su samuru, açıq qəhvə kimi rənglər istifadə edilə bilər. Əsasən açıq berj və ya bu tərz rənglərin hakim olduğu vanna otaqlarında unitazın arxası müəyyən rənglərlə ayrıla bilər. Evin bu hissəsində qırmızı və qırmızı çalarlı rənglərdən uzaq dayanmaqda fayda var. Çünki bu cür rəng hamam otağını daha kiçik göstərəcək. Əgər isti rəng istəyirsinizsə, bunu oraya qoyacağınız aksessuarlarla edə bilərsiniz.

3. Mətbəx dekorasiyasında

Əgər mətbəxlərimiz kiçikdirsə, açıq rənglərdən faydalanmaq lazımdır. Mətbəx şkaflarında açıq rəngli, palıd, ağcaqayın kimi taxta rənglərdən istifadə oluna bilər. Berj, açıq su samuru, ağ, rənglər mətbəx üçün idealdır. Bənövşəyi, qırmızı, qara kimi rənglərin mətbəxlərin şkaflarında istifadəsi həm qarışıqlıq, həm də kiçik ölçü təəssüratı yaradır. Bu tərz rəngləri kiçik ev alətlərində, masa, stul, mətbəx aksessuarlarında istifadə edərək mətbəxinizə rəng qatsanız, daha doğru olar. Əsasən neytral rənglər istifadə edərək və digər əşyaların mavi, yaşıl, narıncı, sarı kimi canlı rənglərlə olması gözəl mətbəx görünüşü yarada bilər.

4. Uşaq otağı

Uşaq otaqlarını dekorasiya edərkən çox diqqətli olmaq lazımdır. 6 yaşadək və 6-13 yaş arası uşaqların otaqlarında istifadə ediləcək rənglər çox önəmlidir. Çünki bu rənglər uşaqların zehni, fiziki və psixoloji olaraq inkişafında çox əhəmiyyətli rol oynayır. Tamamən ağ olan bir uşaq otağı görmə qabiliyyəti inkişaf edən uşaqlara qadağandır. Çünki tamamilə ağ olan otaqlar işığın əks olunmasını birbaşa içəri qəbul edir. Qırmızı rəng isə uşaqda son dərəcə narahatlıq yaradır. Ümumiyyətlə, uşaq otağı dekorasiyasında hər hansı bir rəngdən istifadə etmək məsləhət deyil. Məsələn, tamamilə çəhrayı və ya mavi olmamalıdır. Qız uşaqlarının otaqları əsasən çəhrayı rəngdə olur. Lakin bu rəngi berj, krem, açıq su samuru, açıq boz kimi rənglərlə kombinasiya etmək lazımdır. Misal üçün, yataq və mebellər krem, pərdə və xalça çəhrayı, divar kağızlarının üzərində çəhrayı, açıq su samuru naxışlar ola bilər. Oğlan uşaqlarının yataq otaqları isə pastel mavi, açıq su samuru, boz, krem kimi rənglərin kombinasiyalarından ibarət olsa daha yaxşı olar. Xüsusən qara, qırmızı, bənövşəyi, qəhvəyi, tünd boz kimi rənglər uşaq otaqları üçün uyğun deyildir.

6. İş otağı

İş otaqları xüsusilə sakit olmalıdır. Diqqət cəmlənməsini təmin edən, rahatlaşdırıcı təsirə malik olmalıdır. İş otağının sahibinin hansı peşə qrupuna aid olması da rəng seçmə baxımından önəmlidir. Misal üçün, bir rəssamın iş otağı əsasən ağ rəngdə olur. Daha çox krem, berj, açıq su samuru tonları bu otaqlarda səmərəli istifadə edilməlidir. Bu rənglərə qəhvəyi, mavi, boz, qara kimi rənglər əlavə kombinasiya verə bilər. Qırmızı, narıncı kimi çox isti rəngləri aksessuar və ya lokal işıqlandırmalarda istifadə edə bilərsiniz. Nəzərə alın ki, iş otaqlarında əmin-amanlıq əhəmiyyətli bir nüansdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.