Maraqlı

305 milyon il yaşı olan böcək - FOTO

17 Aprel 2016 09:39
3 Şərh     Baxış: 2 860
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alimlər xəbər verirlər ki, qazıntı zamanı tapılmış 305 milyon il yaşı olan böcək müasir hörümçəklərin ən qədim qohumudur, hərçənd onun özü tam mənada hörümçək deyil.

Hələ dinozavrlardan əvvəl yaşamış bu 1,5 santimetrlik həşərat müasir hörümçəklərin elmə bəlli ən qədim əcdadıdır, lakin hazırda kökü kəsilib.

Bu qalıqlar Fransada onilliklər öncə aparılmış qazıntı zamanı aşkar olunsa da, onun hansı növə aid olduğu müəyyənləşdirilməyib. Belə ki böcəyin qabaq hissəsi daşlaşaraq süxurun içində qalıb.
İndi isə alimlər kompüter tomoqrafiyasından istifadə edərək yeni rekonstruksiya görüntüsü əldə ediblər.

Milli.Az publika-ya istinadən bildirir ki, onların yekun hesabatı Journal Proceedings of the Royal Society B dərgisində çap olunub.

Əsas müəllif - Mançester Universitetindən professor Russell Qarvud yazır ki, qazıntı həşərat, hörümçəklərin ən qədim əcdadı olsa da, özü hörümçək deyil.

Hörümçəkkimilər ailəsinə mənsub Idmonarachne brasieri adlı bu həşəratın qalıqları doktor Qarvudun həmmüəllifi, ABŞ-dakı Kansas Universitetinin professoru Pol Seldenə aid "bir qutu qazıntı qalığının" arasında olub. Selden onu 1980-ci illərdə Parisdəki Milli Təbiət Tarixi Muzeyindən (Museum National d'Histoire Naturelle) almışdı.

Bu qalıqları Fransanın şərqindəki süxurlarla zəngin Montsye le Mins regionundan gətirmişdilər.
"Kompüter tomoqrafiyası bu həşəratın süxurun içərisindəki ön hissəsini tam göstərir", - doktor Qarvud BBC News proqramına deyib.
Alimlər hər şeydən əvvəl hörümçəyin 8 ayağını müəyyən ediblər. Bundan sonra əng aşkar olunub. Bunun əsasında belə bir nəticəyə gəlinib ki, bu həşərat müasir hörümçəklərin "əmioğlusu" yox, yeni növdür.

Bu həşəratda həmçinin 80 milyon il bundan əvvəl yaşamış Atterkopusun da daxil olduğu hörümçəkkimilər ailəsində olan quyruğabənzər ətraf tapılmayıb. Bu erkən canlılar da tor buraxa bilirdilər, amma bu tor onlara yuvalarının ağzını "suvamaq" və ya yuvaya yolu işarələmək üçün lazımmış. Onlar ifraz etdikləri liflərdən müasir hörümçəklər kimi tor hörmürdülər.
Beləliklə doktor Qarvud yeni növün tapıldığını başa düşüb: Hörümçək ayaqları və çənələr var, lakin tor ifraz edən orqan yoxdur.

"Bizim həşərat, belə görünür ki, hörümçəklərlə qeyri-hörümçəklərin inkişafında yolayrıcı olub. O ilk hörümçəkkimi həşərat - Atterkopusdan sonra, lakin həqiqi hörümçəklərdən əvvəl yaşayıb", - alim deyir.
"Ən qədim hörümçəyin qalıqları da eyni qazıntıdan tapılıb, lakin onlarda tor mayesini ifraz edən orqanlar saxlanıb".

O bu qənaətə gəlir ki, hazırda öyrənilən həşərat, çox güman, torlu və torsuz hörümçəklərin 305 milyon il bundan əvvəl bir-birindən ayrıldığını göstərir. Başqa sözlərlə bu həşərat əsl hörümçəklərlə bir müddət paralel yaşaya bilərdi.

Tədqiq edilən həşəratın tor mayesi orqanlarının olmamasının dəqiqləşdirilməsi üçün adi laboratoriya skanerindən, daha güclü rentgen şüalarından istifadə edən Diamond sinxrotronuna keçilib.
"Biz ehtimal edirdik ki, tor mayesi orqanları qopub düşmüş ola bilər və bu halda hörümçəyin qarnında deşiklər qalmalı idi, - doktor Qarvud deyib. - Bunu isə yalnız çox güclü görüntü verən skanerdə aşkar etmək olardı".
Bütün dəlillər əldə edildikdən sonra həşərata ad da verilib. Alimlər bu yaxınlarda yol qəzasında həlak olmuş həmkarları - Oxford paleobioloqu Martin Brasierin xatirəsini əbədiləşdirmək qərarına gəliblər.
"O çox çalışqan alim idi", - Qarvud deyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.