Maraqlı

Xərçəng xəstəsi olan müğənnidən şad xəbər

3 Mart 2016 23:31
4 Şərh     Baxış: 8 458
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uzun müddətdir xərçənglə mübarizə aparan müğənni Naşide Göktürkdən şad xəbər var.

Milli.Az axşam.az-a istinadən bildirir ki, albom hazırlığı zamanı qəflətən halı pisləşən və xəstəxanaya yerləşdirilən sənətçi "Facebook" hesabından sevənlərinə müjdə verib. O, "Şükür və təşəkkürlə, günaydın həyat! Sabahınız xeyir, dostlar..." yazıb.
 
Naşide Göktürk 8 Martda çıxacaq albomu haqda da məlumat verib:

"Çətin bir sınaqdan sonra nəhayət evimdəyəm. Albomum bir həftəyədək satışa çıxacaq. Bir neçə dəfə səsyazma studiyasından təcili yardımla xəstəxanaya yerləşdirildim, amma iradəmi itirmədim. Albom mənim xoşuma gəldi. Ümid edirəm siz də bəyənəcəksiniz".
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.