Maraqlı

Toy gecəsi İŞİD şoku - FOTO

26 Fevral 2015 11:08
5 Şərh     Baxış: 24 859
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatının İraqla Suriyada böyük əraziləri ələ keçirməsindən sonra Yaxın Şərqdəki situasiyanın dəyişməsi dövlətlərlə yanaşı, insanlara da təsir edib.

Ən çox zərər çəkən isə İŞİD-in əsas hədəfi sayılan İraqdır.

Bu ölkədə insanlar arasında İŞİD xofu yayılıb.

Həmin xof bəzən tragikomik situasiyalar yaradır.
 

Milli.Az Al Bawaba-ya istinadən bildirir ki, İraqın paytaxtı Bağdadda dünən toyu olmuş 27 yaşlı şəxs elə toy gecəsi həbs olunub.

Toy gecəsi o, yataq otağının qapısını sındıraraq içəri girən xüsusi təyinatlı, başlarında dəbilqə, üzlərində maska, əllərində avtomatlar olan polisləri görəndə şoka düşüb.

Gəlin isə huşunu itirib.
 

Polislər alt paltarında olan təzə bəyi çarpayıdan sürüyüb yerə uzadıblar, biləklərini qandallayıblar və polis idarəsinə aparıblar.

Həmin şəxs İŞİD mənsubu olmaqda və terror aktı hazırlamaqda suçlanırdı.
 

"Bizə məlumat gəldi ki, Mosuldan Bağdada İŞİD üzvü gəlib və o, paytaxtda terror aktı hazırlayır. Dərhal əməliyyat keçirərək bu adamı tutduq. Amma sonra məlum oldu ki, alınmış operativ məlumat yanlış imiş", - polis polkovniki Salam Əhməd deyib.

Aparılmış araşdırma zamanı məlum olub ki, polisə "operativ məlumat" verən şəxs toyu olmuş şəxsin boşadığı qadın, sabiq arvadı olub.

O, keçmiş ərinin yenidən evləndiyini eşidəndə qisas almaq fikrinə düşüb və Bağdad polisinə zəng vurub.

Polisə yalan məlumat verən qadın saxlanılıb.
 

İsveçdə də toy gecəsi təzə bəy tutulub.

Karlskrun şəhərinin sakini Fabian Akessonun evinin pəncərəsində "İS" formalı hava şarlarını görən qonşular təlaşa düşərək polisə zəng vurublar, "toyu olan adam İŞİD mənsubudur" deyiblər.
 

Polis əməliyyat keçirib və bəlli olub ki, qonşuların "İS" kimi gördükləri hava şarları əslində "21" rəqəmləri formasında şarlar imiş.

Kvalls Posten-in məlumatına görə, səbəb isə gəlin Sara Erikssonun 21 yaşının tamam olmasıymış.
 

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.