Maraqlı

Madonna rüsvay oldu - VİDEO - FOTO

26 Fevral 2015 09:35
2 Şərh     Baxış: 9 746
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünən Britaniyanın paytaxtı Londonda nüfuzlu "Brit Awards" mükafatının təqdimat mərasimi keçirilib.

Amerikalı müğənni, dünya pop-musiqisinin kraliçası sayılan Madonna səhnədəki pillələrdən yıxılıb.
 

Milli.Az TMZ-yə istinadən bildirir ki, 56 yaşlı Madonna "Living For Love" mahnısını ifa edəndə pillələrlə qalxaraq nisbətən yuxarıdakı podiuma çıxmalı idi. Bu zaman rəqqaslar Madonnanın əynindəki uzun qara plaşın ətəyini dartıblar. Lakin rəqqaslar güclərini "hesablamayıblar" və plaşın ətəyini dartanda Madonna da yıxılıb.
 

Yıxılan Madonna ifasını dayandırsa da, təxminən bir dəqiqə sonra özünə gəlib və ifanı davam etdirib.

Müğənni İnstagram-dakı profilində daha sonra yazıb: "Problem yoxdur. Əla plaşım, sadəcə, bir qədər kip bağlanmışdı".

Madonnanın plaşı "Armani" brendinin əsəri idi.
 

Madonnadan sonra səhnəyə Teylor Svift çıxıb.
 

Milli.Az


Videonu izləmək üçün şəklə klikləyin.

фото


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.