Maraqlı

Sibel Can yaşını dəyişir

18 Fevral 2016 21:05
13 Şərh     Baxış: 5 657
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Sibel Can yaşının dəyişdirilməsi üçün məhkəməyə müraciət edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, şəxsiyyət vəsiqəsində doğum tarixi 1964 göstərilən ifaçı onun 1970-ə dəyişdirilməsini tələb edir. Sibelin atası Engin Cangüre vaxtilə qızının kazinolarda çıxış edə bilməsi üçün onun yaşını 6 il böyüdüb və şəxsiyyət vəsiqəsinə 1964-cü il təvəllüdlü yazdırıb.

S.Can isə İstanbul Asliye Hüquq Məhkəməsəinə baş vuraraq yaşının 52 olmadığını və atası tərəfindən bilərəkdən dəyişdirildiyini bildirib. İddiaçının ərizəsində yazılıb:

"Sibel Canın anası Emine Gül Sezerlə atası Engin Cangüre 1969-cu ildə ailə qurublar. Əgər Can 1964-cü ildə dünyaya gəlsəydi, o zaman anasının 12 yaşı olurdu ki, bu da mümkün deyil. İşə yenidən baxılmasını tələb edirik".
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.