Maraqlı

Murad Arifi arıqladan, Ceyhun Əlini kökəldən SİRR AÇILDI

18 Fevral 2016 22:55
4 Şərh     Baxış: 4 812
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər kəs individualdır. Bu individuallıq təkcə insanın xarakterində, həyat tərzində, davranışlarında deyil, xarici görünüşündə də öz əksini tapır. Yer kürəsində iki eyni bədən quruluşuna, çəkiyə malik insan tapmaq mümkün deyil. Hətta əkizlər belə, müəyyən mənada bu baxımdan bir-birindən fərqlənir. Təbii ki, insanın arıqlaması və ya kökəlməsi də bədən tipinə uyğun baş verir. Arıqlamaq və ya kökəlmək üçün pəhrizin bədən tipinə uyğun tərtib edildiyini deyən dietoloq Leyla Zülfüqarlı bədən tiplərini 3 yerə bölür.

Milli.Az lent.az-a istinadən bildirir ki, bədən tiplərinin təfsilatlarından danışan dietoloq onların arıqlaması haqqında fikirlərini də bölüşüb.

Bədən tipləri 3 qrupa bölünür:

1. Ektomorfi

Bu bədən tipində olanlara arıq insanlar deyilir. Uzun və yağsız əzələ liflərinə sahibdirlər. Çiyinləri dar olmağa meyllidir. Anadangəlmə bu cür bədən tipinə malikdirlər və hər zaman arıq vücudları ilə fərqlənirlər. Kiçik və incə əzələ sistemləri var, yağsız əzələ kütləsi, çox çətin kilo alan, sürətli metabolizmə sahib, düz sinə və dar çiyinləri ilə xarakterizə edilirlər: "Ektomorfi bədən tipinə malik olan insanlar sürətli metabolizmə  sahib olduqları üçün kökəlməkdə çətinlik çəkirlər. Bu tip insanlar yüksək kalorili pəhriz və böyük əzələ qruplarını hədəfləyən idman növü seçməlidirlər".

Ektomorflar yuxudakı əzələ yandırmanın qarşısını almaq üçün mütləq yatmazdan əvvəl onlar üçün nəzərdə tutulan tərzdə düzgün qidalanmalıdırlar. L. Zülfüqarlı tanınmışlar arasında bu cür bədən tipinə xəbər aparıcısı Ceyhun Əlinin malik olduğunu nümunə göstərdi: "Məhz Ceyhun Əlinin bədən tipinə özəl hesablanmış, fiziologiyasında bəzi orqanlarının müalicəsi üçün tərtib etdiyim müalicəvi pəhriz nəticəsində onun 6 kilo kökəlməsinə nail olduq. Nəticədə onun bədən tipini də daha mükəmməl bir tipə çevirdik. Yəni ektomorfidən mezomorfi (atletik) bədən tipinə çevrildi".

2. Mezomorfi

Qalın və güclü skelet sistemi, təbii atletik quruluşu ilə hər kəsin arzuladığı ən ideal bədən tipidir. Nisbətən sürətli metabolizmə və yağsız əzələ kütləsinə malikdirlər. Onlar üçün atletik və sərt bir vücud, sürətli əzələ kütləsi toplama, ektomorflara görə daha sürətli yağlanma xarakterikdir: "Ağır idman hərəkətlərinə daha yaxşı cavab verən mezomorflar əzələlərini daha tez inkişaf etdirə bilərlər. Eyni zamanda ektomorflara görə yağlanma bacarığı yüksək olan bu vücud tipində alınan kalori qısa zamanda da yandırıla bilir".

3. Endomorfi

Yumşaq bədənə sahib olan endomorflar sürətlə yağlana bilirlər. Bu bədən tipinə malik olan insanlar anadangəlmə yağlanmaya meyllidirlər. Onlar insanlar arasında "toppuş" olaraq tanınırlar. Dietoloq endomorfların yavaş metabolizmli və çətin arıqlayan olduqlarını deyir: "Əzələ kütlələri yağ səbəbindən sərt olmur. Sürətli şəkildə kilo alma qabiliyyətinə malik olan endomorf bu kütləni sadəcə əzələ olaraq almır. Yağlanmaması üçün hər zaman pəhriz saxlamalı, qidalanmalarına diqqət etməli, daim aktiv fiziki hərəkətdə olmalıdırlar. Bu cur bədən tipinin bariz nümunəsi kimi aparıcı, müğənni-bəstəkar Murad Arifi misal çəkmək olar. Murad müalicəvi pəhriz nəticəsində 3 aya 25 kilo çəki itirdi. Düzgün qidalanma ilə yanaşı, idmanla onun bədən tipini mezomorfi (atletik) tipə çevirməyə nail olduq".

L. Zülfüqarlının hər iki bədən tipini - ektomorf və endomorfları mezomorf bədən tipinə gətirib çıxarması təsadüfi deyil. Çünki kişi üçün ən ideal bədən tipi məhz mezomorfidir: "Digər müğənni Murad Sadıq da endomorfi bədən tipinə malik idi. Məhz bu bədən tipinə uyğun qidalanma tərtib edərək onu oturduğu yerdə 12 kilo arıqlatdıq və endo-mezomorfi tipinə nail olduq".

Beləliklə də, bədən tipinizi müəyyən edərək hədəfinizə çatmaq üçün hər bir bədən tipinə uyğun qidalanma olduğu nəticəsinə gəldik. Məhz bədən tipinizə uyğun fərdi pəhrizlə ideal bədən tipinə malik olmaq mümkündür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.