Maraqlı

Bu filmlər insanı kökəldir

14 Fevral 2016 19:41
1 Şərh     Baxış: 1 179
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kornell Universitetinin alimləri bəzi janrlarda olan filmlərin insanı kökəltdiyini bildirir.

Bir çox insan istər televizor qarşısında, istərsə də kino zalında film izləyərkən qarğıdalı partlağı, cipsi, yağlı və duzlu biskvitlər yeməyi xoşlayır.

Milli.Az "Xəzər Xəbər"ə istinadən bildirir ki, bu tip qidaların insanı kökəltdiyi illərdən bəri məlumdur. Ancaq yeni aparılan araşdırma izlədiyimiz filmin janrından asılı olaraq bu cür qidalara meylliliyin artıb-azaldığını göstərir.

Elə bu səbəbdən, Kornell Universitetinin alimləri bəzi janrlarda olan filmlərin insanı kökəltdiyini bildirir.

"JAMA Internal Medicine" jurnalında yayımlanan araşdırmada bildirilir ki, macəra və qorxu janrında olan filmləri izləyərkən insanlar daha çox yeyir.

Alimlər bildirir ki, bu cür filmlər izləyərkən insanlar doyduqlarının fərqində olmur və yeməyə davam edirlər.

Komediya və romantik filmlər isə daha az yeməyə səbəb olur.

Mütəxəssislər televiziya qarşısında əyləşəməzdən və ya kino zalına daxil olmazdan öncə bol miqdarda su içməyi və cipsiləri, qarğıdalı partlağını kiçik ölçülü qablarda almağı məsləhət görür.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.