Maraqlı

Məşhur aktrisadan ibrətamiz addım - VİDEO

14 Fevral 2016 10:06
3 Şərh     Baxış: 2 356
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Oscar mükafatlı Hollivud ulduzu Ceniffer Lourens təqdirəlayiq addım atıb.

Anspress-in məlumatına görə, Hollivud ulduzu doğulduğu Kentukki ştatında uşaq xəstəxanalarından birinə 2 milyon dollar bağışlayıb.

Jeniffer Lourens bu barədə yaydığı videoda məlumat verir.

O, daha sonra insanları xeyirxah işlər görməyə və bu xəstəxanaya maliyyə yardımı etməyə çağırıb.

Aktrisa "Mənim sevgilim dəlidir" filmindəki roluna görə "Oskar" və "Qızıl Qlobus" mükafatlarına layiq görülüb.

Lourens bir neçə dəfə dünyanın ən istəkli qadını seçilib. 2011-ci ildə "People" jurnalı dünyanın ən gözəl qadınlar arasında aktisanı 13-cü pilləyə yerləşdirib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məşhur aktrisadan ibrətamiz addım

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.