Maraqlı

Bu bitki 6 xəstəliyə çarədir

13 Fevral 2016 21:20
29 Şərh     Baxış: 47 930
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az doktor Firuz Hüseynovun yazısını təqdim edir
1. Əgər dərinizdə irinli yaralar, çiban, kör çiban, trofik yaralar və ümumiyyətlə, müalicəyə çətin tabe olan yaralar vardırsa onda belə edin:
bağayarpağı bitkisinin təzə yarpağını dərin, yuyun, üstünə inək yağı çörək üzərinə çəkilən kimi çəkin, sonra yumurulayın (xalça bükülən kimi) nazik məftillə bağlayın ki, açılmasın, sonra gümüşü yanmayan folqaya bükün və közün içinə qoyun, 20 dəqiqədən sonra götürün, əzib maz formasına salın və gündə 2 dəfə yaraların üstünə çəkin.

2. Qastritdə və kolitdə bağayarpağı

Qastrit və kolit zamanı təzə bağayarpağı yığılır, yuyulur əl ilə stəkana tökülür, yarım stəkan üstünə təmiz su tökülüb, blenderlə qarışdırılır və yeməkdən yarım saat əvvəl içilir. Bunu gündə üç dəfə edin, bağayarpağının içindəki hormonal təsirli maddələr sürətlə yaranın sağalmasına səbəb olur.

3. Babasildə bağayarpağı

0,5 litrlik şüşə qaba bir qat kərə yağı, bir qat təzə çəkilmiş bağayarpağı, yənə bir qat bağayarpağı, çalışın qatların qalınlığı 1 sm-dən çox olmasın, beləcə axırda yağ çəkib otapleniyanın üstündə 2 həftə saxlayın, sonra qarışdırın, gündə iki dəfə babasilin üstünə çəkin babasil düyünləri əriyəcəkdir.

4. Daban mahmızında bağayarpağı

Daban mahmızı varsa axşamlar təzə dərilmiş bağayarpağı əzilir və daban üstünə qoyulur 2 saat. Səhərlər isə axşama qədər 1 ədəd enli yarpaq bağayarpağı daban üstünə qoyulur, nazik bağlanılır və corab geyilir. Bunu gündüzlər 3-4 saat edin.

5. Şəkər xəstəliyində bağayarpağı

Bağayarpağı yığılır, qurudulur, əzilir, toz formasına salınır. Gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı bir stəkan qatığı və ya kefirə qarışdırılır yeyilir.

6. Bronxitdə bağayarpağı

Enli yarpaq bağayarpağı yığılır, kölgədə qurudulur. Müxtəlif mənşəli bronxitlərdə 1 çay qaşığı, 1 stəkan suda və ya süddə dəmlənilir gündə 3 dəfə yeməkdən əvvəl bir stəkan içilir.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.