Maraqlı

Rus qız ayaqları ilə ox atdı - VİDEO - FOTO

13 Fevral 2016 12:16
2 Şərh     Baxış: 2 226
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Omsk şəhərində yaşayan Anna Belş rekordları ilə məşhurdur. Gimnastika ilə məşğul olan 19 yaşlı Anna yeni rekord vurub. Bu dəfə o, əlləri üstə duraraq ayaqları ilə ox atıb.
Milli.Az bildirir ki, ayaqla ox atmaq ideyası Annanın ekvilibrist işlədiyi sirkin direktoruna məxsusdur. Hazırlığa bir ay sərf olunub. Anna hazır olanda isə o, Rusiyanın Ginnes Rekordları Kitabınının baş redaktorunu sonucu rəsmən qeydə almağa dəvət edib.
Əlləri üstə durmuş Anna 4 metr uzaqlıqdakı hədəfi ayaqları ilə tutduğu yayla nişan alıb. 5 cəhdin hamısı uğurlu olub.
Anna 8 yaşında olanda 46 dəqiqə ərzində 1500 dəfə döşəmədən sıxılıb qalxmışdı. 12 yaşında o, iki avtomobili dartmış, mürəkkəıb akrobatik trüklər etmişdi. Bu trükləri dünyada bir qadın da edə bilməmişdi.
 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Самая точная стрельба из лука ногами, стоя на руках

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.