Maraqlı

O qızı çimdikləmək istəyirsiniz?

12 Fevral 2016 22:29
2 Şərh     Baxış: 2 774
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzən şəkildə gördüyün əşyalara əllə toxunmaq istəyirsən. Yeni texnologiya isə şəkli "çimdikləməyə", dartmağa imkan verir

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən tədqiqatçılar qrupu, sözün əsl mənasında, görüntünün barmaqlarla idarə olunmasına imkan verən yeni ekran növü istehsal ediblər.

AZƏRTAC Rusiyanın "Nauka i texnika" saytına istinadla xəbər verir ki, "Generic, Highly-Organic Shape-Changing Interfaces" layihəsinin bir hissəsi olan bu yeni icadin ərsəyə gəlməsinə üç il vaxt sərf edilib. Şüşə əvəzinə "laykra" adlanan elastik-sintetik materialla təchiz edilməklə formasını dəyişə bilən ekran vasitəsilə görüntüyə toxunmaq və hətta onu ekrandan kənara çəkmək mümkündür. Buna ultrasəs levitasiyası texnologiyası sayəsində nail olunub.

Alimlər hazırda belə ekranların smartfonlarda istifadəsi üzərində çalışdıqlarını və onların satışa beş ildən sonra çıxarılacağını deyiblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.