Maraqlı

Alpina yeni sedanı təqdim etdi - FOTO

14 Fevral 2016 19:50
0 Şərh     Baxış: 1 076
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Alpina" Cenevrədə keçiriləcək avtosalonda planlaşdırılan debütü gözləməyib yeni "B7"-nin sirrini açdı. "BMW 7-series"-in yeni versiyası  600 a.g., çoxlu sürət və s. alıb.

Milli.Az auto.az-a istinadən bildirir ki, "Alpina" mütəxəssisləri bəzəkdə ənənəyə sadiq qalıblar. Burada bir sıra elementləri, o cümlədən arxada spoyleri olan təkmilləşdirilmiş asmanı, 20-düymlük diskləri və "Michelin Pilot Super Sport" şinlərini göstərmək olar. Disklərin arxasında 394 və 368 mm-lik 4-porşnli güclü əyləc mexanizmləri gizlənir. Burada, həmçinin tənzimlənən klirensin pnevmoasılqanı da var.

Bilmək istəyirsiniz kapotun altında nə baş verir? Buyurun - 4,4-litrlik V8, bir cüt turbin, gücləndirilmiş interkuler, yürüş porşnləri "Mahle" və qazburaxma sistemi. Nəticə heyrətləndiricidir - 600 a.g. və 800 Nm fırlanma anı.

Həmçinin 8-pilləli sürət qutusunu, tam ötürücü sistemi də göstərmək olar. Bütün bunlar avtomobili 96 km/saata 3,6 saniyəyə sürətləndirir, ona maksimal olaraq isə 310 km/saat sürət verir. Qiymət barədə hələlik məlumat yoxdur, ancaq payızda bilinəcək.
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.