Maraqlı

Kıvançın anası gəlinini istəmir?

11 Fevral 2016 23:59
9 Şərh     Baxış: 5 887
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

19 fevralda Parisdə nigaha daxil olacaq aktyor Kıvanç Tatlıtuğun anası Nurdan Tatlıtuğ oğlunun toyunda niyə iştirak etməyəcəyinin səbəbini açıqlayıb.

Milli.Az gecce.az-a istinadəni xəbər verir ki, aktyorun anasının Başak Dizeri gəlini kimi qəbul etmədiyi iddia edilirdi. Nurdan Tatlıtuğ isə haqqında çıxan xəbərlərə münasibətini bildirib:

"Oğlum Kıvançın nikahına son günlər yaşadığım sağlamlıq problemlərimə görə qatıla bilmirəm. Onun bu xoşbəxt gününün əsli olmayan xəbərlərlə ləkələnməyə çalışıldığını hər gün çıxan xəbərlərdə görürəm və bir ana kimi çox üzülürəm Əsas da ölkəmizdə hər gün saysız-hesabsız ölüm xəbərləri alıb əhval pozğunluğu yaşadığımız bu günlərdə bu mövzunun aktual olması məni 2 dəfə daha çox incidir. Bu mənfi şərhlərə son verməyinizi və yeni evlənəcək cütlüyə bizlər kimi xoşbəxtlik arzulamanızı xahiş edirəm.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.