Maraqlı

"Hamilə qız" 23 milyon dollara satıldı - FOTO

11 Fevral 2016 18:40
1 Şərh     Baxış: 3 638
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur britaniyalı rəssam Lüsyen Freydin "Hamilə qız" rəsmi 16,1 milyon funt sterlinqə (23,2 milyon dollar) satılaraq "Sotheby's" satış evinin Böyük Britaniyanın paytaxtında keçirdiyi müasir incəsənət hərracının əsas lotlarından birinə çevrilib. Bunu hərracın təşkilatçılarının rəsmi nümayəndəsi Mari-Beatris Morin bildirib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Freydin "ən zərif rəsmlərindən" biri sayılan əsər kolleksiyaçılar arasında əsl ajiotaja səbəb olub. Rəsmdə rəssamın hamilə sevgilisi Bernadin Koverli yatmış şəkildə təsvir edilib.

"Sotheby's" satış evinin müasir beynəlxalq incəsənət sahəsi üzrə baş mütəxəssisi Oliver Barkerin sözlərinə görə, qeyri-adi gözəlliyə malik əsər rəssamla onun iki uşağının anası arasında güclü bağlılıq olduğunu nümayiş etdirir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.