Maraqlı

Yeni "Titanik" tikilir - FOTO

11 Fevral 2016 11:54
1 Şərh     Baxış: 1 658
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstraliyalı milyarder Klayv Palmer "Titanik" gəmisinin tam təkrarı olan "Titanic II"ın inşasını davam etdirir.
Milli.Az The Belfast Telegraph-a istinadən bildirir ki, gəminin 2018-ci ildə istifadəyə veriləcəyi gözlənlir. Bu, ilkin nəzərdə tutulmuş müddətdən 2 il gecdir.
İngiltərənin Belfast şəhərindəki tərsanədə tamamlama işləri aparılacaq yeni gəmi orijinaldan 4 metr enlidir.
"Titanik" gəmisi ilk reysində, Sauthemptondan Nyu-Yorka üzərkən 1912-ci ilin aprelində Atlantik Okeanında aysberqlə toqquşaraq batmışdı.
"Titanic II"ın uzunu 270 metr, hündürlüyü 53 metr, çəkisi 40 min ton olacaq. 9 göyərtəli gəmidə 840 kayut olacaq. Gəmi 2400 sərnişin və 900 nəfər heyət üzvü üçün nəzərdə tutulub.

Klayv Palmerin "Blue Star" şirkətinə məxsus "Titanic II"ın ilk reysi Çinin Szyansu şəhərinə, sonra Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə olacaq.
"Titanic II" gəmisi Çinin "CSC Jinling" tərsanəsində tikilir.
 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.