Maraqlı

İnanılmaz hadisə: İŞİD terrorçusu nəzarətçi ilə sevişdi, qaçdı - FOTO

11 Fevral 2016 11:04
3 Şərh     Baxış: 5 188
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveçrədə böyük qalmaqal yaşanır. Sürixin Dietikon səmtindəki "Limmattal" həbsxanasında saxlanan, "İraq və Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının üzvü olan 27 yaşlı Həsən Kako qaçıb. Suriyalı terrorçuya yardım edən isə həbsxananın nəzarətçisi, 32 yaşlı Angela Maqdiçi olub.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, Həsən Kako Sürix şəhərinin Şlieren səmtində 15 yaşlı qıza təcavüz etdiyinə görə həbs olunmuş, 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. Qızı aldadaraq avtomobilinə oturdan Həsən qurbanını mənzilinə aparıb və orada yeniyetməni dəfələrlə zorlayıb.

İstintaq zamanı Həsən Kako Suriyada axtarışda olduğunu, İŞİD sıralarında döyüşdüyünü deyib.

Həbsxanada da Kako əziyyət çəkməyib. Çünki Sürix şəhərindəki həbsxanada internet, idman zalı vardı. Bodibildinqlə məşğul olan Kako da yaxşı qidalanıb, hətta nəzarətçi Angela Maqdiçi ilə "eşq macərası" yaşayıb.

Angela Maqdiçi terrorçuya vurulub, sonra isə onunla mütəmadi şəkildə cinsi əlaqədə olub.

Kako qaçandan sonra tutulan Maqdiçinin davranışını şərh edən həbsxana rəhbərliyi deyib: "Buna inana bilmirik!"

A.Maqdiçinin mobil telefonunda Həsənin fotoları tapılıb və nəzarətçi hər şeyi etiraf etməli olub.

2010-cu ildə İsveçrədə sığınacaq almış Həsən Kako həbsxanadan daha bir məhkumla qaçıb.

Polisdən verilən məlumata görə, Həsən əslində Angelanı sevməyib və qaçışı əvvəlcədən planlayaraq bu qadın nəzarətçidən "yararlanmaq" qərarına gəlib.

Həsən Kako və onun əlaltısı azadlıqdadır. Onların Sürix şəhərini qara rəngli, ZH 528 411 nömrə nişanlı BMW X1 avtomobilində tərk edərək İtaliyaya yollandıqları deyilir.

Bu maşın Angela Maqdiçiyə məxsusdur.

Həbsxananın rəisi Rolan Surkrihen söyləyib: "Məhbuslarla təmasda olmamaq mümkün deyil. Amma hamımız peşəkarcasına davranmalı, məsafə saxlamalıyıq".

Angela Maqdiçinin əri, 25 yaşlı Vasili Maqdiçinin dediyinə görə, arvadı suriyalı terrorçunu sevib: "Onun Həsənə vurulduğuun bilirdim. Evdə Quran oxumağa başlamışdı. Angela islamı qəbul edəcəyini, müsəlman olacağını da söyləyirdi. Son vaxtlar Türkiyədən olan türk qadınla rəfiqə idi. Türk dilini öyrənirdi, Türkiyəyə getmək istədiyini deyirdi. Qorxuram ki, Türkiyəyə yollansın, oradan da Suriyaya yollansın. Günlərin birində Ancelanın telefonunda ərəb dilində yazılmış SMS gördüm. Ərəb dilini bilən dostumdan bu SMS-i oxumasını istədim. Kako yazmışdı, erotik SMS idi".

Vasili Maqdiçinin sözlərinə görə, arvadı üç ay əvvəl Dielsdorfdakı evlərini tərk edərək rəfiqəsinin yanında yaşamağa başlayıb.

Angela Maqdiçi tay boksu ilə məşğul olur.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.