Maraqlı

Müğənni Kutsi 60 il həbs ala bilər

9 Fevral 2016 23:47
4 Şərh     Baxış: 4 507
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Hər üç sənəd həkimlərin tibbi rəyi ilə alınıb və 10 həkim tərəfindən imzalanıb".
Məşhur türkiyəli müğənni Kutsi həbs oluna bilər.
Milli.Az anspress-ə istinadən bildirir ki, saxta hərbi bilet almaqda günahlandırılan müğənni və aktyor Kutsi 21 ildən 60 ilədək həbs oluna bilər.

Kutsi ilə yanaşı daha 30 nəfər də rüşvət və rəsmi sənəddə saxtakarlıq cinayətindən ittiham olunur.

Müğənninin vəkilinin iddiasına görə, 2006, 2007, 2009-cu illərdə ifaçıya verilən sənədlər onun ruhi sağlamlığının yerində olmaması haqda tərtib olunmuş həqiqi sənədlərdir.

"Hər üç sənəd həkimlərin tibbi rəyi ilə alınıb və 10 həkim tərəfindən imzalanıb", - deyə ifaçının vəkili bildirib. İddianamədə hərbi xidmətdən yayınmaq istəyən şübhəlilərin 20-30 min dollar qarşılığında saxta sənəd hazırladıqları yer alıb.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.