Maraqlı

Devid və Vikrotiya Bekhemlər boşanırlar?

9 Fevral 2016 12:44
2 Şərh     Baxış: 1 217
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən məşhur cütlüklərindən olan Devid və Viktoriya Bekhemlərin nikahı sona çatmaq üzrədir.

Lent.az xarici KİV-ə istinadən bildirir ki, uzun müddətdir ki, cütlük ayrı yaşayır və artıq boşanmağa hazırlaşırlar. Bu, bir neçə səbəblə bağlıdır. Devid idman biznesi ilə məşğul olmaq qərarına gəlib, futbol klubu yaratmaq istəyir və ABŞ-da yaşayır. Viktoriya isə uşaqları ilə bərabər İngiltərədə qalmaq qərarına gəlib və Londonda yaşayır. Ailə tez-tez görüşür, lakin Devid və Viktoriyanı ayıran məsafələr onların münasibətlərinə də təsir edib. Üstəlik, Viktoriya həyat yoldaşının sadiqliyindən də şübhələnir. Çünki məşhur futbolçu mütəmadi olaraq qadınlar olan gecələrə qatılır. Cütlük dostlarına intim həyatlarının da qaydasında olmadığını etiraf edib.
 
Qeyd edək ki, Bekhemlər ailəsinin biznes imperiyası bu gün bir milyard dollar həcmində qiymətləndirilir. 17 ildir evli olan və 4 uşaq böyüdən Devid və Viktoriyanın bu cür addım atacağını pərəstişkarları qəbul etmək istəmirlər. Buna baxmayaraq, artıq onların boşanma prosesi başlayıb.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.