Maraqlı

Atası gözəl idi, oğlu? - FOTO

8 Fevral 2016 20:04
6 Şərh     Baxış: 4 917
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əfsanəvi fransız aktyoru Alen Delonun 21 yaşlı oğlu Alen Fabyenin fotoları qərb mətbuatında geniş müzakirələrə səbəb olub.

Milli.Az publika.az-a istinadən bildirir ki, diqqətçəkən məqam Fabyenin atasına hədsiz dəcərədə bənzəməsi olub.
 
Lakin o, aktyor kimi deyil, model kimi fəaliyyət göstərməyə üstünlük verib.
 
Qeyd edək ki, Alen Fabyen əfsanəvi aktyorun 4 övladından ən kiçiyidir. Fabyen böyük bacısı Annuşka ilə aktyorun vətəndaş nikahında yaşadığı hollandiyalı model Rosali Van Bremendən dünyaya gəlib.
 
A. Fabyen bir neçə il əvvəl özünü aktyor kimi də sınayıb. Çəkildiyi filmdən sonra bir sıra rejissorların diqqətini çəksə də, o, akyor sənətini davam etməyib:
 
"Mən filmlərdə əfsanəvi aktyorun oğlu - Alen Fabyen Delon olduğu üçün deyil, istedadıma görə rol almaq istəyirəm".
 
Fabyen Delon bu yaxınlarda atasının 40 il ərzində üzü olduğu "Dior" brendinin siması olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.