Maraqlı

"Hicarbi": hicabli Barbi - FOTO

8 Fevral 2016 11:48
10 Şərh     Baxış: 3 594
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyanın ən məşhur kuklası olan Barbinin hicablı versiyası da artıq hazırlanıb. "Hicarbi" (Hijarbie) adlı bu kuklanın müəllifi Nigeriyada yaşayan 24 yaşlı tələbə Hənifə Adəmdir.

Milli.Az bildirir ki, 24 yaşlı Hənifənin İnstaqram-da "Hicarbi"lərinin fotolarını paylaşdığı profilinin daimi təqibçilərinin sayı sürətlə artır.

"Müsəlman ölkələrindəki qızların oynaya biləcəkləri, hicablı Barbi yaratmaq istədim. Niyyətimi gerçəkləşdirdim, sonra da "Hicarbi" üçün müxtəlif paltarlar, geyimlər, hicablar hazırladım", - Hənifə deyib.

Hənifənin sözlərinə görə, "With Love Leena" və "Habiba Da Silva" nikləri ilə tanınan populyar müsəlman moda bloqerləri onun əsərlərini bəyəniblər.

"Ümid edirəm ki, moda şirkətləri və istehsalçılar əsərlərimlə maraqlanacaqlar. "Hicarbi"nin müsəlman qızları da ruhlandırmasını istəyirəm", - Hənimə Adəm deyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.