Maraqlı

Ən məşhur matç oynandı, ulduzlar oxudu - VİDEO - FOTO

8 Fevral 2016 09:50
0 Şərh     Baxış: 2 086
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın Amerika Futbol Liqasının (NFL) final matçı olan "Super Bowl" oynanılıb.
50-ci finalda "Karolina Panters" və "Denver Bronks" klubları qarşılaşmışdılar.
Milli.Az ABC-yə istinadən bildirir ki, yubiley finalında "Denver" 24:10 hesabla qalib gələrək NFL-in çempionu olub.
Kaliforniya ştatındakı Santa-Klara şəhərində yerləşən "Levi's Stadium" arenasında oynanan matçdakı fasilədə isə ənənəvi "Super Bowl 50 Halftime Show" olub.
Matç başlamazdan əvvəl Ledi Qaqa ABŞ-ın himnini ifa edib.
Şouda meydana Britaniyanın "Coldplay" qrupu, amerikalı müğənnilər Beyons Bruno Mars çıxıblar.
34 yaşlı Beyons şouya "Run The World " mahnısı ilə başlayıb, sonra "Believe in love!"ı oxuyub.
O, arenada qara dəri paltarda idi və rəqqasələr də eyni geyimdə şou göstəriblər.
Beyons ABŞ-da qaradərililərin məşhur "Black Lives Matter" hərəkatının üzvlərinin geyindikləri formanı bənzədən paltarda idi.
Üstəlik, mahnının ifası zamanı Beyons və qaradərili rəqqasələr arenada "X" hərfini "yaradıblar". Bu, əfsanəvi Malkolm X-ə işarə idi.
Şounun sonunda bütün ifaçılar "Coldplay"in məşhur "Fix You" mahnısını oxuyublar.
"Super Bowl" ABŞ ilə yanaşı, bütün dünyada ən məşhur və bahalı idman matçı sayılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.