Maraqlı

Məşhur verilişdə çılpaq etiraz: aparıcıya "əhsən!" dedirdən VİDEO - FOTO

7 Fevral 2016 14:36
3 Şərh     Baxış: 5 398
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin məşhur şoumeni Okan Bayülgenin verilişində bir qadın soyunaraq etiraz etmək istəyib. 

Milli.Az odatv-yə istinadən bildirir ki, Star TV-də yayımlanan "Dada" verilişində tamaşaçıların arasından bir qadın aparıcı və qonaqların olduğu məkana atılaraq köynəyini soyunub. 

Onun qarşısına keçərək görünməsini əngəlləyən Bayülgen rejissordan yayımı kəsməməyi rica edib. Sonra qadını geyindirən aparıcı onu öz kreslosunda oturdub, qarşısında diz çöküb, etiraz barədə fikirlərini bildirib. 

Bayülgen deyib: "Soyunaraq etiraz edirsən? Et. Səsini yüksəltmək istəyirsən? Yüksəlt. Amma mən çalışdığım bu telekanalı qorumaq məcburiyyətindəyəm. Mən sənu də qorumaq məcburiyyətindəyəm".

Sonra o, etiraz edən qadının əlini öpüb və qadın yerinə qayıdıb. 

Bildirək ki, Bayülgenin bu davranışı və söylədiyi sözlər sosial şəbəkə istifadəçiləri tərəfindən razılıqla qarşılanıb.

Görüntüləri təqdim edirik: 

Videonu izləmək üçün şəklə klikləyin:

Məşhur verilişdə çılpaq etiraz: aparıcıya

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.