Maraqlı

50 milyard sərvəti olan şeyxin xanımı - FOTO

6 Fevral 2016 22:56
17 Şərh     Baxış: 13 637
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qətərin sabiq  əmiri Şeyxə Mozəh Həmad bin Xəlifə ət Tani 1995-2013-cü illərdə ölkəni idarə edib.
Milli.Az Al Jazeera-ya istinadən bildirir ki, 2013-cü ilin iyunun 25-də o, vəzifəsindən istefa verdiyini və hakimiyyəti oğlu şahzadə Təmim bin Həmad ət Taniyə verdiyini deyib.
Şeyx Həmad ərəb əmirləri arasında tərəqqipərvər lider sayılır. 1997-ci ildə o, Fars Körfəzi ölkələri arasında ilk dəfə olaarq Qətərdə qadınlara seçki hzüququ verdi. 1996-cı ildə isə əmir "Əl Jəzeera" telekanalını yaratmışdı.
Əmirin ikinci xanımı şeyxə Mozəh binti Nasir əl Misnəd ət Tani ölkənin ən nüfuzlu və məşhur xanımı sayılır. Əmirin birinci arvadı şeyxə Məryəm bint Məhəmmədi və üçüncü arvadı şeyxə Nur binti Xalidi çolx az adam tanıyır.
1986-1990-cu illərdə Qətər Milli Universitetinin sosiologiya fakultəsidə oxuyan, sonra ABŞ-ın ən məşhur universitetlərində macistraturada olan şeyxə Mozəh ölkənin tanınmış müxalifətçisi Nasir bin Abdulla əl Misnədin qızıdır.
Şeyxə Mozəh Qətərin Təhsil, Elm və İctimai İnkişaf Fondunun sədri, Ailə Məsələləri üzrə Ali Şuranın prezidenti, Ali Təhsil Şurasının sədr müavini, UNESCO-nun xüsusi səfiri, Qətərin Ali Demokratiya Fondunun banisi və rəhbəridir.
Şeyxə Mozəhin təşəbbüsü və yardımı ilə ölkə paytaxtında 2500 hektarlıq sahədə "Təhsil Şəhəri" yaradılıb.
Qatarın sabiq əmiri və  Şeyxə Mozəhin 5 oğlu, 2 qızları var. Onlar ölkə əmiri Təmim, Casim, Coan, Xəlifə, Mohəmməd, Əl Məyassa və Hinddir.
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.