Evini bəzəkli quşlar, heyvanlar bəzəiyir. Uşaqlıq arzusunu reallaşdıran 41 yaşlı Tovuz sakini, əsasən, tutuquşunun müxtəlif növlərinə və ağ siçanlara üstünlük verir.
Milli.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Tovuzun Xatınlı kənd sakini olan Ruslan Abdıyev xüsusi qəfəslərdə saxlanan quşları keyfiyyətli yemlərlə bəsləyir. Korella növündən olan tutuquşu tək saxlanır, məqsəd onu danışmağa öyrətməkdir.
Rəngləri ilə diqqət çəkən siçanlar isə görənlərin daha çox marağına səbəb olur. Ağ rəngli siçanlar, əsasən, günəbaxan tumları ilə qidalanır. Ruslan Abdıyev təxminən bir il öncə aldığı canlıların sayını artıq 7-yə çatdırıb. Soyuq havaya dözümsüz olan ağ siçanlar temperatur aşağı düşən zaman qəfəsdə qış yuxusuna gedir.
Tovuz sakini evindəki heyvanlardan yaxınlarına pay versə də, onları satmaq fikrində deyil.
Milli.Az