Maraqlı

Sənətçilər və qaçqınların aqibəti - FOTO

6 Fevral 2016 23:55
0 Şərh     Baxış: 916
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriya müharibəsinə görə güclənməkdə davam edən qaçqın axını, müasir sənətçiləri bu humanitar böhranın təsvirində yeni üsüllara əl atmağa səsləyir.

AI WEIWEI

Milli.Az BBC-yə istinadən bildirir ki, bu ayın əvvəlində Çin sənətçisi, Ai Weiwei Yunanıstanın Lesbos adasında studiya açaraq bildirib ki, o, cəmiyyətin diqqətini bədii üsullarla qaçqınların vəziyyətinə cəlb etmək fikrindədir.

Yunanıstanın Lesbos adası Aİ-ə çatmağa can atan miqrant və qaçqınlar üçün əsas giriş məntəqəsinə çevrilib.
India Art Fair dərgisi üçün Rohit Chawla tərəfindən çəkilmiş bu fotoda, Ai Weiwei dənizdə batmış suriyalı oğlan uşağı Aylan Kurdinin keçinmiş halda sahildə tapıldığı anı özü mərhumun yerinə uzanaraq təkrarlayıb.

BANKSY

Qraffiti rəssamı Banksy qaçqınların aqibəti barədə divar rəsmlərinin diliylə bəhs edir.

Bu divar rəsmi Calais məntəqəsindəki Jungle yəni "cəngəllik" adlı qaçqın düşərgəsində yaradılıb. Divar rəsmində Apple şirkətinin təsisçisi, mərhum Steve Jobs təsvir olunub.
O, bir əlində Apple kompüterinin ilk modelini, digər əlində isə çiynindən asılmış qara plastik zibil torbanı tutur.
Bu rəsmdə Jobsun II Dünya Müharibəsindən sonra ABŞ-a köçmüş suriyalı miqrantın oğlu olduğu xatırladılır.
Kimliyini heç vaxt açıqlamayan rəssam Banksy nadir bəynatlarından birində bunları söyləyib: "Bizi çox vaxt inandırmağa çalışırlar ki, miqrasiya ölkə resurslarını tükəndirir, lakin Steve Jobs da suriyalı miqrantın oğlu olub".

TAMMAM AZZAM

Suriyalı rəssam Tammam Azzam Suriyada müharibə başlanandan bəri Dubayda mənzillənməkdədir.

Onun ən tanınmış işlərindən biri "photoshop" texnologiyası ilə yaradılmış təsvirlər silsiləsidir. "Suriya müzeyi" adlı həmin silsilədə müəllif Suriyanın bombalanmış şəhərlərinin təsvirini məşhur Qərb rəsm əsərlərilə qarışdırır.
"Freedom Graffiti" adlı kompozisiyada Gustav Klimt-in ayinləşmiş "The Kiss" rəsm əsəri Suriyada mərmi atəşindən dəlik-deşik olmuş divarın üzərinə proyeksiya olunub.
Dəməşqdə doğulmuş rəssam BBC-nin Outlook proqramına deyib ki, dünyanın diqqətini ölkəsinin məhv edilməsinə çəkmək istəyir.
"Bu divarın arxasında xeyli insan yaşayıb, indi isə, hər şey məhv edilib".

IBRAHIM FAKHRI

Britaniyada mənzillənən Ibrahim Fakhri də əslən Suriyadandır.

Ötən ilin mart ayında İbrahim London qalereyasında installyasiyasını nümayiş etdirib. Hadisə Suriya münaqişəsinin dördüncü ilinin tamam olmasına təsadüf etmişdi.
Sənətçinin sərgilədiyi 1461 süd şüşəsinin hər biri münaqişənin bir gününü rəmz etdirib.
''No One Home'' adlı installyasiyanın yaradılmasına Britaniya Qızıl Xaç cəmiyyəti də dəstək verib. Bu installyasiya tamaşaçıların diqqətini müharibəyə görə evlərindən didərgin düşmüş Suriya ailələrinin aqibətinə çəkir.
Ibrahim Fakhri deyib ki, ''milyonlarla suriyalı evlərini tərk etməyə məcbur olub".
"İnsanlar çöldə elektriksiz, istiliksiz yaşamağa məcburdur. Onlar soyuqdan donub ölür. Dünya isə onları sankı unudub".

ALAA MINAWI

Alaa Minawi öz işıqsaçan kompozisiyasını ag rəngli neon borucuqlardan qurub. Kompozisiya "mənim işığım sənin işığındır" adlanır.

Beirutda mənzillənən fələstinli sənətçi deyir ki, suriyalı qaçqınlarla tərcüməçi kimi işləməsi onu işıq installyasiyaları yaratmağa sövq edib.
Suriyalı ailəni təsvir edən installyasiya işi Beyrut, İstanbul, Amsterdam və London da daxil dünyanı dolaşıb.
Amsterdam İşıq Festivalında iştirak etmiş sənətçi bunları söyləyib: "Siz yalnız onların kontur cizgilərini görürsünüz....Qaçqınlar yeni ölkəyə köçəndən sonra, həyatı sankı yenidən başlayırlar və bu həyatı onlar yenidən doldurmalı olurlar".
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.