Maraqlı

Linkedin çökür: şəbəkə böhrandadır - FOTO

6 Fevral 2016 11:48
0 Şərh     Baxış: 1 032
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyada peşəkarlar üçün ən böyük sosial şəbəkə sayılan Linkedin yaradıldığı gündən bəri ən ağır günlərini yaşayır. Böhranla üzləşmiş şəbəkənin səhmləri dünən 43 faiz ucuzlaşıb. Bu isə şəbəkənin birja kapitallaşma dəyərinin 11 milyard dollar aşağı düşməsi deməkdir.

Milli.Az Reuters-ə istinadən bildirir ki, şəbəkənin səhmlərinin Nyu-York Fond Birjasında belə ucuzlaşmasının səbəbi Linkedin-in 2015-ci ildəki fəaliyyətinin nəticələri və 2016-cı ilin ilk rübü ilə bağlı proqnozlarının yer aldığı hesabatın açıqlanmasıdır.

2015-ci ilin sonuclarına görə şirkətin gəlirləri 35 faiz artaraq 2,9 milyard dollar təşkil edib. Maliyyə ilinin nəticələrinə görə, Linkedin-in xalis itkiləri 166 milyon dollar təşkil edib. 2014-cü ildə bu rəqəm 15,7 milyon dollar idi.

2016-cı ilin ilk rübü ilə bağlı proqnozlar anatiliklərin ehtimallarından daha bədbindir.

Məsələn, Bloomberg ekspertləri hesab edirdilər ki, sosial şəbəkənin gəlirləri bu ilin ilk rübündə 867 milyon dollar olacaq. Linkedin isə rəqəmin 820 milyon dollardan artıq olmayacağını bildirib.

2002-ci ildə yaradılmış Linkedin-in 414 milyon istifadəçisi var. Son bir ildə şəbəkənin səhmləri 57 faiz ucuzlaşıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.