Maraqlı

Döşündə ağrılar yarandı, həkimə apardılar - ürəyi həkimi şoka saldı

5 Fevral 2016 23:07
6 Şərh     Baxış: 9 960
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Hatay şəhərində yaşayan bir qadın öz qəribəliyi ilə diqqət çəkir. Məsələ burasındadır ki, Gül Bulgurcu adlı bu qadının ürəyi sağda, qaraciyəri isə soldadır.

Milli.Az atv.az-a istinadən bildirir ki, 3 uşaq anası olan 40 yaşlı Gülün daxili orqanlarındakı bu sirrin üstü 15 yaşında olarkən açılıb. O zaman döş qəfəsində şiddətli ağrılar baş qaldırdığından valideynləri onu xəstəxanaya aparıb. Müayinə aparan həkimlər əvvəl Gül Bulgurcunun ürəyinin döyünmədiyini düşünsələr də, rentgen müayinələrindən sonra onun daxili orqanlarının əks istiqamətdə yerləşdiyi məlum olub. İndi Gül Bulgurcunun bir qorxusu var. Hər hansı qəza baş verdiyində vəziyyətdən xəbərdar olmayan həkimlərin səhv müdaxilə etməsi və ya ürəyinin döyünmədiyini görərək öldü deyib morqa yerləşdirməsidir. Elə buna görə də, müdaxilə edənlərin görə bilməsi üçün qadın hər zaman üstündə gəzdirdiyi sürücülük vəsiqəsinə ürəyi sağda qaraciyəri solda sözlərini yazdırıb.

Orqanlarının yeri səhv düşsə də, qadının sağlamlığında heç bir problemin olmadığı deyilir. Və elə əsas vacib olan da elə budur...

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.