Maraqlı

Falçı dəhşəti: nişanlısını 8 ay quyuda saxladı - VİDEO - FOTO

5 Fevral 2016 10:48
17 Şərh     Baxış: 14 976
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Falçının ona "sevdiyin insanı qaranlıq quyuya salmalı, ağzını bağlamalı və beləcə, orada aylarla saxlamalısan: yalnız bunu etsən, varlanacaqsan, milyonçu olacaqsan" deməsindən sonra 24 yaşlı gənc "işə başlayıb".

Milli.Az BuzzKenya-ya istinadən bildirir ki, falçının bu sözlərindən sonra 24 yaşlı oğlan 20 yaşlı nişanlısını döyüb, sonra da həyətdə qazdığı quyuya salıb.
Olay Tanzaniyada yaşanıb. Tam 8 ay əvvəl.
Polis quyuda saxlanan qızı srağagün azad edib.

8 ay quyuda qalmış qız hədsiz dərəcədə arıqlayıb. Quyunun ağzına qoyulmuş dəmir qapağı götürən polislər mənzərədən heyrətə düşüblər. Quyunun divarındakı dəmirə zəncirlə bağlanmış qız yerdə qıvrılıb yatırdı. O bir dəri, bir sümükdü. 
Həkimlərin dediklərinə görə, qız yeriyə bilmir, onun əzələləri funksionallığını itirib. Qızın gəzməyə başlaması üçün ən azı bir ay intensiv müalicə gərəkdir.
Falçının "sevdiyin adamı quyuya salıb orada saxlamalısan" sözlərindən sonra nişanlısını quyuya salan 24 yaşlı gənc qıza yalnız gündə iki dəfə yemək və su verirdi.
Qız çox ağır vəziyyətdədir. O, gün işığına baxa bilmir.
 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Falçı dəhşəti: nişanlısını 8 ay quyuda saxladı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.