Maraqlı

Dəhşətli kadrlar: ana və oğlunu vurub atdılar - VİDEO - FOTO +21

30 Yanvar 2016 10:12
0 Şərh     Baxış: 3 348
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bank qarət edəndən sonra cinayət yerindən avtomobilə minərək qaçan cinayətkarları polis təqib edirdi. Quldurlar aradan çıxmağa çalışırdılar. Onlar şəhərin mərkəzini tərk etmişdilər və həndəvərlərdən birindəki küçədə şütüyürdülər.

Cinayətkarların avtomobilinin hərəkət etdiyi küçədə isə 27 yaşlı ana 4 yaşlı oğlu ilə yeriyirdi. Quldurların maşını onları vurub.

Milli.Az El Mundo-ya istinadən bildirir ki, olay Argentinanın paytaxtı Buenos-Ayresin San-Partin səmtində yaşanıb.

Polis təqibindən qurtulmağa çalışan quldurların maşını ana və oğlunu vurub atıb.

Uşaq aldığı zərbədən havada bir neçə dəfə çevriləndən sonra 12 metr kənara düşüb.

Ananı isə maşın təxminən 20 metr irəli aparıb.

Polis sonucda quldurları yaxalayıb.

Ana və balası möcüzə nəticəsində sağ qalıblar.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Dəhşətli kadrlar: ana və oğlunu vurub atdılar

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.