Maraqlı

"Səni sevmirəm" kəlməsinə görə ər cərimələnib

1 Mart 2015 23:17
0 Şərh     Baxış: 1 274
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə bir kişi həyat yoldaşına "Səni sevmirəm" sözlərini deməsinə görə cərimələnib.
 

Milli.Az BBC-yə istinadən bildirir ki, boşanma prossesinə başlamış ər-arvadın hər ikisi qarşı tərəfdən təhqir və həqarətə görə kompensasiya istəyir.

Daily Sabah vebsaytının xəbər verdiyinə görə, məhkəmə hər ikisinin günahkar olduğu barədə qərar qəbul etsə də, Ali Appelyasiya Məhkəməsi ərin öz arvadına onu sevmədiyini bildirməsi həyat yoldaşını "emosional zorakılığa" məruz qoyması kimi yozaraq, kişinin arvadına kompensasiya ödəməsi barədə qərar çıxarıb.

Qadın bildirib ki, ərinin şərhi ona "emosional müstəvidə dağıdıcı" təsir göstərib, və arvadın sözlərinə görə ər tez-tez evdən gedib.

Öz növbəsində, ər arvadı tərəfindən tez-tez "söyüldüyünü" bildirib.
 

Türkiyə qadınlara qarşı bütün növ zorakılıqlara qarşı mübarizəni genişləndirməyə çalışır.

Lakin mətbuatın qeyd etdiyinə görə, emosional və psixoloji yamanlama faktını müəyyən etmək çətin olur.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.