Maraqlı

Türkiyəli aktyoru hava limanında döydülər - VİDEO

30 Dekabr 2015 10:19
0 Şərh     Baxış: 3 824
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin tanınmış aktyoru Ersin Korkutun hava limanında döyülməsi haqqında görüntülər yayılıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir qrup naməlum şəxsin hava limanında Ersin Korkutu "vətən xaini" adlandıraraq döyməsi haqqında video və iddialar yayılıb. Aktyorun qardaşı isə videodakı şəxsin Ersin olmadığını bildirib. Bu barədə mətbuata açıqlama verən aktyorun qardaşı Erdoğan Korkut: "Ersin hal-hazırda film çəkilişindədir. Vəziyyəti də çox yaxşıdır. O görüntülərdəki şəxs qardaşım deyil. Hadisə Trabzon hava limanında baş verib. Ersin indiyədək Trabzona getməyib", - deyib.

Qeyd edək ki, Ersinin Xalq Demokratiya Partiyasını (HDP) dəstəkləməsi barədə fotolar yayılmışdı. Ersin isə bu şəkillərin montaj olduğunu bildirmişdi.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Türkiyəli aktyoru hava limanında döydülər

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.