Maraqlı

Yeni il hədiyyələrini bürcə uyğun seçin - FOTO

29 Dekabr 2015 17:22
85 Şərh     Baxış: 5 503
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yeni ildə yaxınlarınıza nə hədiyyə alacağınıza qərar verə bilmirsiniz?

Elə isə diqqətiniz bizdə olsun. Milli.Az publika.az-a istinadən bürclərə uyğun hədiyyə çeşidlərini təqdim edir.
Görək, hansı bürcü nə cür hədiyyə xoşbəxt edir.
 
Qoç:
 
Güclü xarakterə malik olan Qoçlar cah-calal düşkünüdürlər. Müasir, sadə və klassik geyim və aksessuarları xoşlayırlar. Onlara bahalı və dəbli çanta hədiyyə edə bilərsiniz.
 
Buğa:
 
Bu bürc altında dünyaya gələn qadınlar baxımlı olurlar. Xarici görkəm onlar üçün olduqca əhəmiyyətlidir. Onlara kürk və ya pencək ala bilərsiniz.
 
Əkizlər:
 
Əyləncəli və enerjili olurlar. Əkizlər akssesuarlardan istifadə etməyi xoşlayırlar. İpək yaylıq və ya dəbli şərf onlar üçün gözəl hədiyyə ola bilər.
 
Xərçəng:
 
Kövrək və küsəyən olan Xərçənglər əzizlənməkdən zövq alırlar. Onu nə qədər sevdiyinizi göstərmək üçün daim boynunda gəzdirə biləcəyi boyunbağı hədiyyə edin.
 
Şir:
 
Belə qadınlar ağıllı və cazibədar olur, liderliyə can atırlar. Xarici görkəmə fikir verirlər, əyləncəyə meyllidirlər. Onların aktiv tərzinə uyğun hədiyyə seçməlisiniz. İdman ayaqqabısı uğurlu seçim hesab edilə bilər.
 
Qız:
 
Mükəmməlik axtarışında olan bu qadınları xoşbəxt etmək heç də çətin deyil. Ona çoxdan almaq istədiyi bir kosmetik vasitə və ya iri çanta ala bilərsiniz.
 
Tərəzi:
 

Alacağınız hədiyyə Tərəzi qadınının zərif stilinə uyğun olmalıdır. Lüks markalardan birindən alacağınız stiletto onu valeh edə bilər.
 
Əqrəb:
 
Ehtiraslı, cəsarətli Əqrəb qadını xoşbəxt etməyin ən yaxşı yolu ona sevdiyi ətri hədiyyə etməkdir.
 
Oxatan:
 
Hərəkətli olmağı sevirlər, əməksevərdirlər. Rahatlığı sevsələr də, özlərinə bər-bəzək verməyi xoşlayırlar. Onlara ən sevdikləri aksessuarı, yəni, sırğa hədiyyə edin.
 
Oğlaq:
 
Bu qadınlar işgüzar olurlar. Əməklərinin qarşılığını almaq, gəlirlərini artırmaq istəyirlər. Onlara rəngli pul kisəsi almağınız məsləhətdir.
 
Dolça:
 
Dostları ilə vaxt keçirməyi xoşlayan, əyləncəli mərasimləri qaçırmayan bu xanımlara qızıl və ya gümüş qolbaq hədiyyə edin.
 
Balıq:
 
Onlar romantik və xəyalpərəstdirlər. Tək qüsurları getdikləri hər yerə gecikmələridir. Onlara saat hədiyyə etsəniz, tez-tez xatırlanacaqsınız.
 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.