Maraqlı

Qamətli, yoxsa ağıllı?

29 Dekabr 2015 17:13
9 Şərh     Baxış: 1 903
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qadınların çoxu artıq çəki almamaq üçün dəridən-qabıqdan çıxsa da, mütəxəssislər kök xanımların arıqlardan daha ağıllı olduğunu iddia edirlər. Bunu söyləyən alimlər dolu xanımların bir sıra üstünlüklərini vurğulayıblar.

Publika.az yazır ki, araşdırmaların nəticələrinə görə, kök qadınların orqanizmi daha çox estrogen istehsal edir. Həmin hormonun beyinə müsbət təsir etdiyi deyilir. Həmçinin, iri ombalara sahib qadınların orqanizmində çoxlu omeqa-3 yağ turşuları olur. Buna görə də mütəxəssislər kök xanımların zəka səviyyələrinin yüksək olduğunu, onların bir neçə işi eyni anda görə bildiklərini vurğulayırlar. Belə xanımlar orta yaş sindromunu daha asan keçirirlər, əsəbləri daha dözümlü olur.
 
O cümlədən, kök xanımların dünyaya gətirdikləri uşaqların da arıqların övladlarından daha ağıllı olduqları deyilir. Buna səbəb ananın ombasında toplanan omeqa-3 yağ turşularının ana bətnindəki körpənin beyin inkişafına müsbət təsir etməsidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.