Maraqlı

Canlı yayımda bu da baş verdi - VİDEO - FOTO

28 Dekabr 2015 23:59
3 Şərh     Baxış: 4 633
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

CNN aparıcısı Poppi Xarlounun canlı yayım zamanı ürəyi gedib. 

Milli.Az anspress-ə istinadən xəbər verir ki, Xarlou terrorizmlə mübarizənin müvəffəqiyyətləri haqqında nəticələri səsləndirərkən özündən gedib.

Efir vaxtı tədricən onun danışığı dolaşaraq yavaşıyıb və bir anda dayanıb. Bir neçə saniyə sonra efir dayandırılıb. Bu haqda ABŞ KİV-i bildirib. Bir qədər sonra aparıcı "Twitter" hesabında əhvalının yaxşılaşdığı barədə xəbər yayıb.

"Hamıya təşəkkür, sizin qayğınız və narahatlığ üçün! Mən qaydasındayam! Hazırda həkimin müşahidəsi altındayam", - deyə Xarlou yazıb.

Bir müddət əvvəl Çempionlar Liqasının oyununu yayımlayan "LeTV" telekanalında kuryoz hadisə baş verib. Çin telekanalının Donq Lu adlı şərhçisi canlı yayım zamanı yuxulayıb. Qarşılaşmanın gedişində yuхuya gedən Lunun хorultusunu hətta oyunu televiziyadan izləyənlər də eşidib. Kuryoz hadisə zamanı onun digər həmkarı oyununun gedişatını tamaşaçılara çatdırmaqda davam edib.

Ancaq digər şərhçinin danışığı da onun хorultusunu kəsməyib. Bu hadisə böyük səs-küyə səbəb olub. Bu səbəbdən kanal rəhbərliyi şərhçini işdən qovub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Canlı yayımda bu da baş verdi

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.