Maraqlı

Köhnə maşınları unutdurmayan Ağstafa sakini - FOTO

28 Dekabr 2015 13:26
0 Şərh     Baxış: 3 573
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağstafa sakini 40-50 il öncə istehsal edilən avtomobilləri yenidən istifadəyə yararlı edir.

Kəpəz TV (Region TV) xəbər verir ki, dövrünün dəbli, bahalı maşınları hesab edilən "Qaz 21", "Qaz 24"-ün istehsalı illər öncə dayansa da, Ağstafada olan bu maşınlar cağ vəziyyətdədir.

Ağstafanın Dağ Kəsəmən kənd sakini Rauf Hüseynov 10 ilə yaxındır köhnə, yararsız minik vasitələrini yeniləməklə məşğuldur. Tələbə olarkən xarici telekanallardan birində izlədiyi veriliş onu yararsız avtomobilləri saz vəziyyətə gətirməyə həvəsləndirir. Ucuz qiymətə aldığı maşınlara ikinci dəfə həyat verən usta onları baha qiymətə satdığını da bildirir.

Hazırda 43 il öncə istehsal edilən "Qaz 24" markalı avtomobili yeniləyən Rauf Hüseynov maşına 10 min manat verənlərin olduğunu da söyləyir.

Usta avtomobillərə aid bəzi detalları tapmaqda çətinlik çəksə də, dövrünün dəbli maşınlarının unudulmasına imkan vermir.

Ustanın başqa istedadı da var. Maraqlı rəsmlər çəkən 30 yaşlı Ağstafa sakini gələcəkdə əsərlərin sərgisini təşkil etməyi düşünür.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.