Maraqlı

Hadisə tənqid atəşinə tutuldu

28 Dekabr 2015 11:09
0 Şərh     Baxış: 3 503
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan konserti ləğv olunan Hadisə Yeni il axşamı Hatayda səhnəyə çıxacaq.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ifaçı bu çıxışdan 600 min lirə (təxminən 300 min manat) qazanacaq. Bələdiyyə başçısı həmin gün Hatayda Sertab Erenerin də konsert verəcəyini açıqlayıb. Bu isə Hatayın Yeni il axşamı 1 milyon lirədən çox xərc çəkməyi deməkdir.

Tvitterdə insanlar bundan qəzəblənərək bu pulun daha xeyirli işlərə sərf olunmasının vacibliyini bildirib.

"Bu qədər israf olmaz, heyfdir".
"Kaş ki, daha xeyirli işlərə xərcləsələrdi".
"Həmin pulla nə qədər tələbə oxutmaq olardı".

Qeyd edək ki, Hadisənin Azərbaycan konserti dolların bahalaşmasına görə təxirə salınmışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.