Maraqlı

Alimlər ŞOKDA: 800 il əvvələ aid mobil telefon tapıldı!

27 Dekabr 2015 20:24
15 Şərh     Baxış: 26 741
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstriyada aparılan arxeoloji qazıntı zamanı tapılan 13-cü əsrə aid əşya elm adamlarını şoka salıb. 

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, daşdan ovulmuş əşyanın müasir dövrdə istifadə etdiyimiz mobil telefonların ilk versiyasına bənzərliyi hər kəsin təəccübünə səbəb olub.
 
Əşyanın üzərindəki xətlər çox aydın şəkildə mobil telefon ekranını, nəzarət düymələrini və rəqəmləri xatırladan 12 işarə elm adamlarını düşünməy vadar edib. Bəzi UNO nəzəriyyəçiləri bu əşyanın yadplanetlilər tərəfindən gətirildiyini ehtimal edir.
 
Dünya şöhrətli UNO üzrə mütəxəssis Daniel Munoz isə əşyanın üzərindəki yazıların Şumer çivi yazısı olduğunu müəyyən edib.
Daha çox Mesopotamyanın İraq-Suriya bölgəsində mövcud olmuş Şumer dövrünə aid tapıntıntıların Avstriyaya necə gedib çıxması müzakirə mövzusu olub.
 
Tarixçilər eramızdan əvvəl üçüncü minnilikdə Mesopotamiyada hökm sürən Şumerlərə aid əşyaların ticarət yolu ilə dünyanın bir çox yerlərinə yayılma ehtimalını istisna etmirlər. Tapılan əşyanın 800 illik tarixi olduğunu təsdiq edən Munoz onun telefon olmasına dair fikir bildirməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.